BolgeXeber.Com » Xəbərlər » Hacıbala Abutalıbovun şirkətinə ağır ittihamlar - Məsuliyyətsizlik?

Hacıbala Abutalıbovun şirkətinə ağır ittihamlar - Məsuliyyətsizlik?

2-09-2015, 11:41
Oxunub: 2 161 Hacıbala Abutalıbovun şirkətinə ağır ittihamlar - Məsuliyyətsizlik?"Heç bu sərnişinləri düşünən yoxdur"

Səhər saatlarından hamımız işə getmək üçün marşrut gözləyirik. Deyirlər ki, bir həftəyə problem həll olunacaq. Bəs bu bir həftədə işə nəylə gedib gələk". Sözügedən şikayəti dünən Səməd Vurğun bağı yaxınlığında 1 saylı marşrutu gözləyən sərnişinlər müraciətlərində dilə gətiriblər.
Onlar qeyd ediblər ki, srağagün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yaydı ki, bu gündən etibarən xəttə buraxılacaq 1 saylı marşrut avtobusunun hərəkət cədvəli "Koroğlu" metro stansiyası - Heydər Əliyev prospekti - "28 may" metro stansiyası istiqamətində olacaq: "Üstündən bir neçə saat keçəndən sonra dedilər ki, "Baku Bus" MMC-də yaranmış texniki problemlə bağlı 1 saylı marşurut bir həftədən sonra xəttə buraxılacaq. Əvvəllər bu istiqamətdə işləyən 136 saylı marşrutun isə istiqaməti dəyişdirilərək "Qara Qarayev" metro st. - "Koroğlu" metro st. - Heydər Əliyev prospekti - Mərdəkan qəs. - Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunacaq. Məlumatda qeyd olunurdu ki, yaranan problemlə bağlı hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşurut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.100 və 132 saylı marşurut xətləri isə ləğv olunub. Bəzi sərnişinlər saytları oxuyub bundan məlumatlı olsa da, çoxusunun xəbəri yoxdur. Belə çıxırdı ki, problem həll olunan kimi 136 nömrəli avtobus işləyəcək. Amma neçə saatdır ki, 136 nömrə gəlmir."Qaynar Xətt"ə, Nəqliyyat Departamentinə, "Baku Bus" MMC-yə müraciət etdik, problemi bir-birlərinin üstünə atdılar".
Bakı Sərnişin Nəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimli məsələ ilə bağlı qafqazinfo-ya açıqlamasında 136 saylı marşurutun ləğv olunduğunu deyib. Onun sözlərinə görə, bir həftə ərzində problem bu cür davam edəcək: ""Baku Bus" MMC-də texniki problem yaranıb. Ona görə də 1 saylı marşurutu xəttə buraxa bilmirlər".
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı isə bildirib ki, 136 saylı marşurut ləğv olunmayıb, sadəcə istiqamətində dəyişiklik edilib: "1 saylı marşrutda problem düzələnə kimi 136 saylı marşurutun köhnə xətlə işləyəcəyini bildirmişdik. Amma 136 nömrəli marşurut ləğv olunan 100 saylı marşurutun hərəkət istiqamətini davam etdirir. Səməd Vurğun bağı istiqamətində deyil, "Qara Qarayev" metrosu istiqamətindən hərəkətə başlayır. Sərnişinləri başa düşürük ki, qarışıq vəziyyət yaranıb. Amma bunun bizimlə əlaqəsi yoxdur. "Baku Bus" MMC dedi ki, bu gündən xəttə 1 nömrəli marşurutu buraxacaq, sonra isə bir həftəlik təxirə saldığını açıqladı".
Sonda isə qeyd edək ki, problemdən belə görünür ki, sərnişinlər bir həftə əziyyət çəkməli olacaqlar.
Qeyd edək ki, "Bakı Bus" MMC Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı şəhər İcra Hakimiyyəti yanında yaradılıb. İddialara görə, Abutalıbov bu şirkətin fəaliyyətinə qeyri-rəsmi şəkildə birbaşa nəzarət edir.
"Bakı Bus"un yaradıldıqdan az sonra vətəndaşların şikayətlərinə tuş gəlməsi isə onun öz işini düzgün qurduğuna dair dərin şübhələr yaradır.