BolgeXeber.Com » Xəbərlər » “Qanun“ kitab mağazası açdı, 2 ayda 4212 manat ziyan etdi

“Qanun“ kitab mağazası açdı, 2 ayda 4212 manat ziyan etdi

2-09-2015, 13:03
Oxunub: 3 162 “Qanun“ kitab mağazası açdı, 2 ayda 4212 manat ziyan etdi"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Sədərək" yarmarkasında icarəyə götürdüyü kitab mağazasını bağladığını bildirib

Bu barədə sosial şəbəkədə status yazan Ş.Xuduoğlu kitab mağazasını başlamalarının səbəbini aşağıdakı kimi izah edib:

"Sədərəkdə kitab dükanını bağladıq. İki ay işlədik.

2 aylıq xərcimiz: Kirə haqqı - 2000 manat, kondisioner- 700 manat, kondisioneri quraşdırma - 50 manat, kitab rəfləri - 900 manat, kitab rəflərinin quraşdırılması - 150 manat, posterlərin hazırlanması- 125 manat, lampalar və nərdivan - 120 manat, işıq pulu - 90, əlavə xərclər - 122 manat 50 qəpik, iki nəfərin 2 aylıq maaşı - 1400 manat.

Toplam xərc: 5657 manat.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 dəfə gəldilər, öncə alarma görə 1200 manat istədilər, qonşular dedilər ki, sizdən əvvəl bu yeri işlədənlər ödəyiblər, sonda 300 manat istədilər, vermədik.
Vergilər Nazirliyindən 4 dəfə gəldilər, müqavilə imzaladıq. Doğrusu, bu müqavilənin mənasını anlamadım.

İndi keçəcək qazançımıza.

İki ay ərzində kitab satışımız 1444 manat 92 qəpik olub".

Beləliklə aydın olur ki, "Qanun" nəşriyyatı "Sədərək" ticarət mərkəzində açdığı kitab mağazasından 4212 manat təmiz ziyanla qurtulub.(musavat.com)