BolgeXeber.Com » Xəbərlər » Başçı sahibkarlara “divan tutur”, “kassir” müavini isə...

Başçı sahibkarlara “divan tutur”, “kassir” müavini isə...

3-09-2015, 11:13
Oxunub: 2 587 Başçı sahibkarlara “divan tutur”, “kassir” müavini isə...Şabranın icra başçısı Novruz Novruzov 4 il əvvəl təyin edilib

Rayona gələn kimi icra başçısı xırda və orta sahibkarları sıxışdırmağa bağlayıb. Sahibkarlardan obyektlərinin dəyəri qədər pul tələb edib. 80-ə qədər ticarət obyektini bağlatdırıb, ya da sökdürüb.

TİA.AZ xəbər verir ki, sahibkar Rasim Həmidovun fikrincə, Şabran cəngəllik qanunları ilə idarə olunur. 1990-cı ildən sahibkarlıqla məşğul olan Rasim Həmidov DTV.az-a deyib ki, sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var.

Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib.


“Rayon məhkəməsi 63 iclas keçirib. Amma obyektimin sökülməsi ilə bağlı qərar verə bilmir. Çünki mənim məhkəməyə verilməyim qeyri-qanunidir. Obyektlərimin sənədləri qaydasındadır. Hər teleqram vuranda bizi şərləyirlər. İcra başçısı mənə deyib ki, hara şikayət yazsam araşdırılması üçün ona göndərəcəklər”.

N.Novruzov Rəhimli icra nümayəndəliyində Udulu adlanan ərazinin 400 hektarını zəbt edib. Tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlatdırır. Həmin kənddə sakinlərin bir hektar torpağı da yoxdur.

Bundan əlavə, son dörd ildə rayonun abadlaşdırılması üçün 12 milyon manat vəsait ayrılıb. N.Novruzov həmin vəsaitin yarısını abadlıq işlərinə sərf edib. Təmir olunması və abadlaşdırılması nəzərdə tutulan yerlərin 50 faizini sahibkarların boynuna qoyub. Rayonda sahibkarların lisenziya alması da müşkülə dönüb. Onlara lisenziya da “şapka” ilə verilir.
Dövlət rüsumu 420 manatdırsa, sahibkar min manat verməli olur. Sakinlər bildirdilər ki, rayonun abadlaşdırılması və təmiri üçün ayrılan pullarla N.Novruzov villalar, istirahət mərkəzləri, kotteclər tikdirir.

N.Novruzovun işlərini “kassir” ləqəbli müavini Mehdi Balabəyov idarə edir. M.Balabəyov YAP-ın rayon təşkilatının sədri, eləcə də icra başçısının müavinidir. Dəvəçidə ilk üçmərtəbəli villanı Mehdi Balabəyov tikdirib.