BolgeXeber.Com » Xəbərlər » Neftçilər Xəstəxanası ölümcül xəstəni əməliyyata götürmədi

Neftçilər Xəstəxanası ölümcül xəstəni əməliyyata götürmədi

3-09-2015, 11:47
Oxunub: 3 142 Neftçilər Xəstəxanası ölümcül xəstəni əməliyyata götürmədiMərkəzi Neftçilər Xəstəxanasından şikayət var

Şikayətçi Adil Əliyev bildirib ki, xəstəxananın rəhbərliyi və həkimləri xəstələrə qarşı məsuliyyətsizlik edir. Bu da xəstəxanaya müraciət edənlərin həyatını risk altına atır: “Avqustun 30-da qohumum 20 yaşlı Rzazadə Nicatı mədə-bağırsaq nahiyyəsində sancı ilə Neftçilər Xəstəxanasına aparılıb.Nicatın kor bağırsağının partlamasına baxmayaraq həmin günü ona heç bir müdaxilə olunmayıb. Buna görə də qanına 20 faiz zəhərlənmə keçib. Nicat ağrıdan öldüyü halda xəstəxananın rəhbərliyi və şöbə müdiri Ədalət Abdullayev isə narahat olmamağı deyib.

Bu səbəbdən avqustun 31-də valideynləri Nicatı başqa xəstəxanaya aparıb. Həmin xəstəxanada da Nicat əməliyyat olunub. Biz istəmirik ki, Neftiçilər Xəstəxanasında yenə bu cür hallar baş versin. Həkimlər məsuliyyətsizlik eləsin. Çünki insan həyatı ilə oynamaq olmaz. Niyə Neftçilər Xəstəxanasında bu qədər özbaşınalıq və məsuliyyətsizlik baş verir? Niyə xəstəxananın rəhbərliyi buna nəzarət eləmir?

Ölkə başçımız İlham Əliyev dəfələrlə deyir ki, səhiyyədə özbaşınalıq baş verə bilməz. Digər sahələrdə özbaşınalıq baş verəndə onu nə iləsə kompensasiya eləmək olur. Amma səhiyyədə bu mümkün deyil”. Şikayətdə adı hallanan Neftçilər Xəstəxanasının şöbə müdiri Ədalət Abdullayev AzNews.az-a şikayətlə bağlı açıqlama verib: “Xəstə Rzazadə Nicar avqustun 30-da xəstəxanamıza gətirilib. Onun öncə nədən əziyyət çəkdiyi tam aydın deyildi. Xəstə terapiya cərrahımızın nəzarəti altında olub. Ona bir necə dəfə baxılıb. Müayinə olunduqdan sonra bir necə diaqnoz qoyulub və gözləmə mövqeyi gözlənilib. Yəni müşahidə olunub.

Xəstənin yaxınları bundan imtina ediblər. Mən işə gələndə onlar məni və işçiləri təhqir etməyə başladılar. Mən onları başa düşürəm. Amma bu cür hərəkətlər düzgün deyil.

Digər xəstəxanada əməliyyat olunubsa, lap yaxşı. Amma qanına 20 faiz zəhərlənmə keçməsi yalandır. Çünki zəhərlənmə tamam başqa şeydir. Həmçinin xəstənin qarın nahiyyəsi yumşaq idi. Kor bağırsağın partlamasından söhbət belə gedə bilməzdi. Çünki xəstə həmin gecəni çox rahat keçirib. Hətta ağrıkəsici dərmanlar belə vurulmayıb. Cərrahımız çox təcrübəli bir həkimdir. Ona görə onun məsuliyyətsizliyi ola bilməz. Əgər bir şey olsaydı anındaca müdaxilə olunacaqdi.
Xəstənin yaxınlarının bizdən şikayət etməyə ixtiyarı yoxdur. Əksinə biz onlardan şikayət etməliyik ki, bizi xəstələrin yanında tərbiyəsizcəsinə təhqir ediblər”. AzNews.az