BolgeXeber.Com » Xəbərlər » Sabirabadlılar keçmiş başçının rayondan deputat seçilməsini istəmir

Sabirabadlılar keçmiş başçının rayondan deputat seçilməsini istəmir

4-09-2015, 11:11
Oxunub: 3 183 Sabirabadlılar keçmiş başçının rayondan deputat seçilməsini istəmir"Surət Hüseynovun və Baş nazir Pənah Hüseynovun yaxın dostu Vaqif Şıxəliyev Sabirabaddan deputat seçilməsi üçün qanuni yollara deyil, qanunsuz üsullara əl atmaqdadır"

Tezadlar.az xəbər verir ki, redaksiyaya elektron məktub göndərən Sabirabad sakinlərinin məktubunda maraqlı məqamlar yer alıb. Bu gün Sabirabaddan daha bir məktub daxil olub. Bir qrup Sabirabad rayon ziyalıları adından yazılmış və Mirsultan Qurbanov, A.Hüseynov və başqaları tərəfindən göndərilmiş məktubu təqdim edirik. Məktub Prezident İlham Əliyevə ünvanlıdır:
-Çox hörmətli cənab Prezident! Bu il Milli Məclisə seçkilər keçiriləcək. Artıq MSK bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Lakin bizə belə bir məlumat çatıb ki, Sabirabadın keçmiş icra başçısı, iki keçmiş baş nazir-Surət Hüseynovun və Baş nazir Pənah Hüseynovun yaxın dostu Vaqif Şıxəliyev Sabirabaddan deputat seçilməsi üçün qanuni yollara deyil, qanunsuz üsullara əl atmaqdadır. Rayonda hamı bilir ki, Vaqif Şıxəliyev bunun üçün artıq yaxın dostu, Daşkəsəndə qalmaqalları ilə gündəmi hər zaman zəbt etmiş icra Başçısı Əhəd Abiyevin ona verdiyi vədi əsasında o, deputat seçilmək istəyir. Vaqif Şıxəliyevi Sabirabadda hamı yaxşı tanıyır, kimliyini bilir. Hamı bilir ki, ona məxsus, Sabirabad-Bakı magistral yolunun üstündəki «Şəfəq» istirahət zonasını hansı məqsədlərə həsr edib… Cənab Prezident! Məlum edirik ki, Ulu öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilən Vaqif Şıxəliyev heç bir il bu vəzifədə duruş gətirmədi və Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Ulu Öndərin etimadını doğrulda bilməyən bir şəxs indi Sabirabadlı seçicilərin etimadını doğruldub səsini necə qazana bilər???».
Bolgexeber.com