BolgeXeber.Com » Xəbərlər » "Səni tutduraram, həbsxanada doğarsan" - Məktəb direktorundan müəlliməyə tərbiyəsizlik
"Səni tutduraram, həbsxanada doğarsan" - Məktəb direktorundan müəlliməyə tərbiyəsizlik
4-09-2015, 13:57
Oxunub: 3 141
Bakı şəhəri, Səid Rüstəmov adına 13 saylı musiqi məktəbində işləyən müəllimə Könül Fərəcova bir neçə ay əvvəl yaşadığı sevinci hirs və əsəblə əvəz edib
Yeni dərs məvsümünün başlanması ərəfəsində işlədiyi məktəbin rəhbərliyindən bəd xəbər alıb. Məktəbin direktoru Tofiq Salmanov yeni dərs ilində onunla işləməyəcəyini deyib.
Həmin müəlimə başına gələnləri milli.az-a danışıb: "Ötən il məktəbimizə Tofiq Salmanov direktor təyin olundu. Gələn kimi məni konsertə göndərdi. Nasaz olduğumu deyərək getmək istəmədim. İşdən çıxaracağı ilə hədələdi. Hamilə idim həmin vaxt. Ərizə yazıb işdən çıxmağımı bildirdi. Dedi ki, çıxmasan, səni tutduracam, uşağını həbsxanada dünyaya gətirəcəksən. Qorxub ötən ilin dekabrında ərizəmi yazdım. Sonra isə məhkəməyə müraciət etdim və Tofiq müəllimi məhkəməyə çağıran kimi məni yenidən işə götürdü. Bu ilin martında analıq məzuniyyətinə çıxdım. Sentyabrın 1-də yenidən Tofiq müəllimə yaxınlaşaraq işə bərpa olunmağımı istədim. Bildirdi ki, mənə veriləcək dərsi yoxdu. Əsas göstərdi ki, mən başqa məktəbdə işləyirəm, onun məktəbində əvəzedici kimi işləməyimə yer yoxdur".
Direktor Tofiq Salmanov isə sayta açıqlamasında bildirib ki, Könül Fərəcova məktəbdə əvəzedici kimi işləyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinə əsasən, əvəzedicilərə ehtiyac olduqca iş verilə bilər.
Direktorun sözlərinə görə, K.Fərəcova başqa bir məktəbin müəllimidir: "İşçi bir iş yerində işləyə, digərində əvəzedici ola bilər. O, 25 nömrəli məktəbdə işləyir. Ehtiyac olarsa, məktəb rəhbərliyi tərəfindən əvəzedici kimi işə dəvət oluna bilər. Bizim məktəbdə əvəzedici kimi işləyib və iyun ayında müqaviləsi başa çatıb. Ehtiyac olarsa, dərs müddətində Fərəcova kimi müəlimlərdən dəvət edirəm. Ehtiyac olarsa, onlarla müqavilə bağlaya bilərərm. Dərs başlayandan sonra məlum olacaq ki, Könül Fərəcovaya ehtiyac var, yoxsa yox".
T.Salmanov ötən ilin dekabrında K.Fərəcovanın hədə-qorxu iddialarına da aydınlıq gətirib: "Fərəcova işdən o vaxt öz ərizəsi ilə çxııb. Özü bilir hansı səbəb görə. Məhkəməyə müraciət edib və sonra isə ərizəsini geri götürüb. Bir-iki aydan sonra ehtiyac olub və işə dəvət etmişəm. Mən adam tutduran deyiləm, direktoram".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət