BolgeXeber.Com » Xəbərlər » Mingəçevirin icra başçısının”Unibank”ın adıyla müdhiş fırıldağı – Obyekt əməliyyatı

Mingəçevirin icra başçısının”Unibank”ın adıyla müdhiş fırıldağı – Obyekt əməliyyatı

8-09-2015, 12:40
Oxunub: 3 262 Mingəçevirin icra başçısının”Unibank”ın adıyla müdhiş fırıldağı – Obyekt əməliyyatı"Mərhum qardaşım get-gəldən bezib ürək infaktı ilə dünyasını dəyişdi"

Mingəçevir şəhər Nərimanov ev 12., mənzil 13-də yaşayan Allahverdiyev Babək İsa oğlu tərəfindən şikayət məktubu daxil olub


Şikayətçi Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə, Baş prokuror Zakir Qaralova, Milli təhlükəsizlik naziri Eldar Mahmudova, Fövqəlada hallar naziri Kəmaləddin Heydərov və “Unibank”ın prezidenti Eldar Qəribova müraciətində Mingeçevir şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovun onlara kələk gəlməsindən söz açıb.
Xalqxeber.az şikayətçinin məktubunu qısa ixtisarla olduğu kimi təqdim edir:
“Cənab prezident!
Təəssüflər olsun ki, sizin sərəncamınızla cənab Niyazi Bayramovu İcra başçısı təyin etdikdən sonra Migəçevir şəhərində sahibdarlığın inkişafı üçün apardığı siyasət süni maniyələrlə qarşılaşır. Belə ki, mərhum qardaşım Allahverdiyev Elman İsa oğlu Heydər Əliyev prospekti 36 saylı binanın qarşısında obyekti var idi. Başımıza gələn haqsızlıqları əvvəlki müraciətlərimdə də yazmışam. Qeyd edirəm ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısınada yazmışam. Mingəçevir şəhər İcra Hakimiyyətinin müavini cənab Əli Qəniyev mən Tiflisdə olarkən telefonla danışıb mənə bildirdi ki, cənab başçı səninlə görüşmək istəyir. Beləliklə mən axşam tərəfi Tiflisdən qayıtdım. Əli müəllim mənimlə telefonla danışıb mənə bildirdi ki, artıq gecdir, sabah görüşərik. Səhəri gün gəldim Əli müəllimin yanına o mənimlə söhbət etdi ki, başçı qardaşım Elmanın obyektini almaq istəyir. Dedim ki, Əli müəllim Siz bilirsiniz ki, mən oranı 130000(yüz otuz min) manata satmışam. 10000(on min) manat beh almışam. O da gedib San-Peterburqdan pulun qalan hissəsini gətirməyə. Beləliklə, biz Əli müəllimlə icra başçının düşdük yanına.
Hal-əhval etdikdən sonra icra başçı söhbəti açdı. Dedi ki, Sizin obyekti almaq istəyirəm. Mən də ona dedim ki, Niyazi müəllim, Əli müəllimə də demişəm, axı, oranı başqa bir adama 130.000(yüz otuz min) manata satmışam, 10.000(on min) manat da beh almışam. Gündə də bir söz dəyişən adam deyiləm. Siz də dönə-dönə mənə deyirsiniz ki, behi qaytar. Belə olanda icra başçısı dedi ki, həmin 130.000 (yüz otuz min) manatı mən də sənə verirəm. Əli Qəniyev də bu zaman dedi ki, gələcəkdə də Sənində başçıya nə işin düşsə o da canla-başla həll edər. Beləliklə, məni fikrimdən daşındırdılar. Beh aldığım adama zəng etdim, bildirdim ki, obyekti başçı almaq istəyir. Mən də onunla ünsiyyətimi korlamaq istəmirəm. Odur ki, səndən aldığım beh evdədir, istədiyin vaxt kimi göndərsən pulu götürə bilər, lakin onunla sövdamız baş tutmasa, onda səninlə etdiyim söhbət öz qüvvəsində qalır. Səhərisi gün Əli müəllimin yanında mənə və mərhum qardaşım Elmana Niyazi müəllim 40.000(qırx min) manat pul verdi. Niyazi müəllimdən soruşdum ki, pulun qalanı nə vaxt çatacaq. O da bildirdi ki, 10 günə veriləcək. Bizdə razılaşdıq.
Ertəsi gün Niyazi müəllim ilə görüşəndə, mənə dedi ki, alacağın puldan şəhərin abadlığına 30.000 manat, mənim başçılığıma da 30.000 manat keç. Məndə onu qarşılığında qardaşına 60.000 manatlıq torpaq yeri verəcəm. Hətta bildirdi ki, çıxarışını da alaram. Bildirdim ki, sən torpağı verərsən, çıxarışını özüm almağı bacaran adamam. Beləliklə, aradan uzun müddət keçdi. Amma yerdə qalan nə 30000min manatdan nə də 60 min manatlıq torpaqdan bir xəbər çıxmadı.
MÜBAHİSƏLİ OBYEKT
Belə olanda Əli Qəniyev bu işdən tam imtina etdi. Onda mən məcbur olub “Unibank”ın prezidenti cənab Eldar Qəribovun qəbuluna getdim. O da məni ədəb- ərkənla qarşılayıb dinlədi. Başımıza gələnləri ona danışdım. Bildirdim ki, halallıq yaxşı şeydir. Cənab Eldar müəllim də öz növbəsində bildirdi ki, halallıq olmayan yerdə mən daşı-daş üstə qoymaram. Mənə dedi ki, sən obyekti onlara neçəyə satmısan?. Mən də dedim ki, 130.000 min manata, ondan 40 min almışam, 60 min manatına torpaq sahəsi verməlidirlər. 30 min manat pul şəkilində verilməlidir.
Belə olanda Eldar müəllim bərk dilxor oldu, başçısının ortağı Natiq Abbasovu çağırdı yanına. Dedi mən sizə yetərincə pul vermişəm, nə üçün siz bu yoldaşın pulunu kəsirsiz?. Orada bildim ki , bizdən aldıqları yeri 11 dəfə baha satıblar, yəni milyondan artıq qiymətə. Cənab Eldar Qəribovun göstərişindən sonra mən Bakıdan qayıdana kimi mərhum qardaşıma 30 min manat pul verdilər.
Cənab Prezident, çoxsaylı müraciətlər etməyimə baxmayaraq, Niyazi Bayramov bizim ailəmizə qarşı etdiyi haqsızlıq siyasəti öz mövcüdluğunu dəyişmir. Cənab Niyazi Bayramov bəzi müavinləri ilə bizim inamımızı qazanmışdır və sözünə xilaf çıxmışdır.
Cənab prezident, apardığınız xarici və daxili siyasətin nəticəsində Azərbaycan Avropa Olimpiya oyunlarına ev sahibliyi etdiyi bir vaxta Mingəçevir şəhərinində payına az işlər düşməmişdir. Niyazi Bayramov isə haqsızlıq edib, dövlətlə millət arasında uçurum yaratmaqda davam edir.
Dövlətçiliyimizin əlverişli siyasətinə zidd gedir. Bu yaxında alim qardaşım Allahverdiyev Elşad İsa oğlu bu işlə bağlı Niyazi Bayramova müraciət etmişdir ki, bizimlə aramızda olan sövdalaşmadan mərhum qardaşımın onda 30 min manat pulu qalıb. Bir daha ona bizim aramızda olan sövdalaşmanı və kişilik söhbətini ona xatırlatdı. Lakin o qardaşıma cavabında yazdı ki, qardaşların dilindən məktub veriblər ki, biz Niyazı Bayramovdan 40 min manat pul və Eldar müəllimin göstərişindən sonra 30 min manat almışıq və bu pulları aldığımıza görə məktub yazıb vermişik və hətta gələcəkdə heç bir iddiamızın olmadığı barədə bildirmişdik. Bunların hamısı əvvəlcədən planlaşdırılmış hiyləgərlik teması bizdən aldıqları məktubdan ibarət imiş. Şəhərimiz kiçik olduğuna görə hamı bir-birini tanıyır və şəhərin abadlıq, quruculuq şüarı altında parkların, xiyabanların əmlaka məxsus binaları hərrac bazarına çevrilməsini başqa-başqa yerlərdə adamlardan eşitmişəm. Bu gün isə bizim sənədləri cırdırandan sonra bizə deyir ki, obyekti sizdən almamışıq əvvəlki sahibindən almağını qeyd edir. Lakin notariusda hamısının kopyaları var. Qardaşıma yazdığı məktubda isə Niyazi Bayramov bu sövdalaşmanı imtina edə bilməz. Belə olanda buradan özünün yazdığı məktubdan məlum olur ki, obyekti mərhum qardaşımdan alıb. Saxladığı 60 min manatı əvəzinə ya torpağını versin yada pulunu versin. Mərhum qardaşım get-gəldən bezib ürək infaktı ilə dünyasını dəyişdi. Bizim himayəmizə isə 3 az yaşlı övladı və xəstə yoldaşı qalmışdır. İdarəçilik sistemini pozaraq başdan sovdu cavablar vermişdir. Mərhum qardaşımın həyat yoldaşı olimpiyada başlayan zaman indiki Unibankın yerində yəni onların keçmiş obyektin qarşısında özünü nöyüt töküb yandırmağı qarşısına məqsəd qoymuşdur. Bu hadisəni qarışını alınmasının yeganə yolu cənab Niyazi Bayramovun AzDress qəsəbəsindən verdiyi 1 m2 200 manata 150 m2 torpaq sahəsi vermişdir. Yerdə qalan 30 min manatın əvəzinə sövdalaşdığımız kimi şəhərin məqsədəuyğun yerindən torpaq sahəsi versin. Ya da həmin verdiyi 150 m2 də geri götürüb, məhrum qardaşıma olan 60 min manat borcunu versin ki, 3 gələcək əsgərə bir obyekt tikək onlarında ailəsi dolansın. Qeyd edirəm ki, sahibkarlığın inkişafı üçün indiyənə kimi 57 fərman və sərəncam imzalanmışdır. Sahibkarlıq ölkənin inkişafını və qüdrətini qaldırır.
Azərbaycan Respublikasını Konustitsyasının 25 maddəsinə əsasən qanun qarşısında hər bir vətəndaşın hüququ bərabər olmalıdır.
Cənab Prezident!
Bankir Eldar Qəribov onlardan aldığı torpağın pulunu verib. Ancaq öz mövqeylərinə arxayın olub, bizə olan borclarını vermək istəmirlər, mənəvi dəyərimizin əsas meyarı olan halallıq və kişilik üsülu bütün qanunlardan öndə durur. Indi isə Niyazi Bayramov yeni metotlar seçib, bəzi insanların əlindən torpaq sahəsini oyunbazlıqla, məhkəmə yolu ilə əlindən alıb, satırlar. Bəzilərini isə hədə qorxu ilə dövlətə keçəçək yol ilə hədələyib, satırlar…”.
Son “əməliyyatlar”la bağlı faktlar şikayətə aid olmadığından növbəti yazı da oxuculara təqdim ediləcək. Şikayətdə adı hallananları da dinləməyə hazırıq.
Bolgexeber.com