Rüşvət vermək cinayətdirmi?
8-09-2015, 18:04
Oxunub: 2 298
Mövzu ilə bağlı suala hüquqşünas Mehman Muradlı aydınlıq gətirib
Rüşvət verən məsuliyyət daşıyırmı? Mövzu ilə bağlı suala hüquqşünas Mehman Muradlı aydınlıq gətirib.
“Rüşvətvermə və rüşvətalma ictimai təhlükəli cinayət hesab olunur. Rüşvətvermə aktiv rüşvətxorluq sayılır və ona qarşı Cinayət Məcəlləsininin 312-ci maddəsində tutulmuş cəzalar tətbiq edilir. Qanunvericilikdə rüşvətalandan fərqli olaraq rüşvətverəni daha yüngül cəza gözləyir. Belə ki, rüşvət vermə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla, 2 ildən, 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni zamanda vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə — 2000 manatdan, 4000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 4 ildən, 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunlar rüşvətverən üçün üçüncü hal da müəyyənləşdirib: Əgər rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət