Azərbaycanda “iPhone” niyə bahalaşıb? - Alıcılar şokda
8-09-2015, 14:49
Oxunub: 1 491
Bir neçə gündür ki, “iPphone” modellərini almaq istəyən alıcılar telefon qiymətlərinin həddindən artıq bahalaşmasından narazı olduqlarını bildirirlər
Bu barədə “Qafqazinfo”ya müraciət edənlər qeyd edir ki, artıq paytaxtın tanınmış telefon mağazalarında “İphone” telefonlarının qiyməti 30 faiz bahalaşıb.
Alıcıların narazılığından sonra “Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, həqiqətən də artıq telefon mağazalarında "iPhone 6" modeli 900 manata deyil, 1198 manata satışa çıxarılıb. “iPphone 6 Plus”un qiyməti isə 1564 manat olub.
Bildirilir ki, qiymətlərin qalxmasına səbəb Azərbaycanın birbaşa dünyanın 1 nömrəli şirkəti ilə əməkdaşlığa başlamasıdır. Belə ki, artıq ölkəmizə "Apple" məhsulları Çindən və ya Dubaydan deyil, birbaşa "Apple" distribüterləri tərəfindən gətiriləcək.
Hazırda satışa çıxarılan orjinal "Apple" məhsulları bundan sonra bütün mağazalarda vahid qiymətə satılacaq. Mağazalarda 1198 manatdan aşağı qiymətə satılan "iPhone 6"lar isə orijinal deyil və onları almaqla yanıla bilərsəniz.
Qeyd edək ki, bir müddət əvvəl “Apple” mağazalarının Azərbaycandakı rəsmi distrübüteri olan “Alma Store” mağazalarının təmsilçisi dolların qiyməti ilə bağlı olaraq telefonların bahalaşacağını açıqlamışdı.
Bolgexeber.com

Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes