BolgeXeber.Com » Xəbərlər » “Bəs onda döyüş haranıza yazılmışdı?” - ATV-dən ANS-ə ağır sual

“Bəs onda döyüş haranıza yazılmışdı?” - ATV-dən ANS-ə ağır sual

8-09-2015, 13:41
Oxunub: 2 971 “Bəs onda döyüş haranıza yazılmışdı?” - ATV-dən ANS-ə ağır sualATV telekanalı ilə ANS arasında başlayan “soyuq müharibə” davam edir


Bolgexeber.com AzNews.az-a istinadən xəbər verir ki, bu dəfə qalmaqal ATV kanalının yeni mövsümlə əlaqədar çəkdiyi gürcü patriarxlardan bəhs edən videoçarx üzərindən başlayıb.
Sözügedən videorolik bu gün Azərbaycanın ərazisinə daxil olan gürcülərin tarixi ruhani ocağında çəkilib. Gürcü Patriarx isə bu kadrların yayılmasından narahatlığını ifadə edib və Azərbaycan və Gürcüstan hökumətini məsələni araşdırmağa çağırıb. Məsələyə ANS telekanalı da münasibət açıqlayıb. Kanal təqdim etdiyi süjetində ATV telekanalını “vurub”.
ANS televiziyasının təqdim etdiyi süjetə isə ATV-nin cavabı gecikməyib. Kanal bununla bağlı hazırladığı süjetində ANS-in ünvanına ağır ittihamlar səsləndirib: “Əgər siz hər hansı bir vidoçarxda dini motiv axtarırsınızsa, bu, artıq təhqirin “donuz” boyda isbatıdır. Patriaxın narahatlığını nəzərə alıb biz bu, videoçarxın nümayişini dayandırdıq. Sapı özümüzdən olan baltalarımız. Bu da hamısı deyil. Sabun köpüyü kimi sensasiya reytinqini qaldırmağa çalışanlar, biz Gürcüstanda dini hissiyyatımız adına döyüşəndə siz döyüşün haranıza yazıldığını unutmuşdunuz”.