BolgeXeber.Com » Xəbərlər » Tərtərdə vakant yerlərə qəbul edilmiş müəllimlərlə rayon icra hakimiyyəti başçısının görüşü keçirildi
Tərtərdə vakant yerlərə qəbul edilmiş müəllimlərlə rayon icra hakimiyyəti başçısının görüşü keçirildi
8-09-2015, 15:18
Oxunub: 5 828
Rayon Gənclər Mərkəzində təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirilmişdir
Bolgexeber.com xəbər verir ki,görüşü giriş sözü ilə Tərtər rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev açaraq işə yeni qəbul edilmiş müəllimləri təbrik etmiş, onlara gənc nəslin təlim-tərbiyəsi sahəsində işlərində uğurlar diləmişdir. S.Mirzəyev bildirmişdir ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 18 nəfər müəllim qəbul edilmişdir. Yeni işə qəbul edilmiş müəllimlərin 16-sı qadın, 2-si kişidir.
Tərtər Rayon təhsil şöbəsinin müdir əvəzi S.Mirzəyev vakant yerləri qazanmış gənc müəllimləri təqdim etmişdir.
Rayon rəhbəri onların hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlanmış, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğını dilə gətirmişdir.Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşmüşlər.
Tədbirin sonunda Tərtər rayon icra hakimiyyətinin başçısı M.Məmmədov yeni işə qəbul edilmiş müəllimləri bu münasibətlə təbrik edərək, onlara uğurlar diləmiş , Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamını bir daha xatırlatmışdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər