Şirkət rəhbəri 100 nəfərə pul atıb yoxa çıxdı - ŞİKAYƏT VAR
10-09-2015, 11:26
Oxunub: 3 055
Bakı şəhər sakini Mahirə Qurbanova “Global Edu.az” xaricdə təhsil şirkətinin fırıldaqçılığına məruz qaldığını bildirir
Bu barədə “Qafqazinfo”ya şikayət edən M. Qurbanova bildirib ki, iyun ayının 23-də Londonda on günlük təhsil və səyahət kurslarında iştirak etmək üçün şirkətə müraciət edib: “Şirkət rəhbəri ilə danışıqlardan sonra iyunun 25-də iki nəfər üçün 2800 manat pul ödəyərək müqavilə bağladım. Qeyd edim ki, müqavilələrdə 1400 manat yazılsa da, mənə verilən mədaxil qəbzində məbləğ 1100 manat göstərilib. İyulun 20-də şirkət uşaqları Londona aparmalı idi. Ancaq məlum oldu ki, uşaqlara viza açılmayıb, səbəb də odur ki, pullar ödənilməyib.
Bundan sonra şirkət rəhbəri Tərlan Yusubovla görüşdüm. O mənə dedi ki, səhvlik olub, məktub yazıb problemi yaxın günlərdə həll edəcək. Bundan sonra T. Yusubov yoxa çıxdı. Telefonlarına zəng çatmadı”.
M.Qurbanova məsələ ilə bağlı polisə də müraciət edib. “Məlum oldu ki, şirkət məndən əlavə, daha 99 nəfəri də aldadıbmış. Mən şikayət edən 100-cü adam idim. Əgər polis məsələni həll edə bilməsə, şirkət mənim ödədiyim 2800 manatı geri qaytarmasa, yuxarı orqanlara müraciət edəcəm”.
Sayt problemlə bağlı sözügedən şirkətin rəhbəri ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, T. Yusubovun nömrəsinə zəng çatmayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə