Cəlilabadda Şabanlı kənd icra nümayəndəsi kimə arxayındır?
10-09-2015, 15:10
Oxunub: 2 518
İlqar Mirzəyev tutduğu vəzifəyə görə 200 manat məvacib alsa da daim bahalı avtomobillər idarə edir
Son günlər Cəlilabad rayonundan bizə ünvanlanan şikayətlərin sayı artmaqdadır. Bu dəfə isə redaksiyamıza gələn məktubda rayonun Şabanlı kənd icra nümayəndəsinin özbaşınalıqlarından söz açılıb. Sakinlər bildirir ki, rayonun icra nümayəndəsi İlqar Mirzəyev saxtakarlıqla məşğuldur. Belə ki, sosial müvainət almaq məqsədilə sənəd almaq istəyən şəxslərə , İlqar Mirzəyev saxta arayışlar təqdim edir.Bolgexeber.com bildirir ki, çalışdığı 5 il ərzində hələ heç bir sakin onun iş fəaliyyətindən razı qalmayıb və hansısa probleminin həlli məqsədilə yaxınlaşdıqda kobudluqla üzləşirlər. Bu haldan narazılıq etdikdə isə “gedin haraya istəyirsiniz müraciət edin, mənim arxamda güclü dayağım var” sözlərini eşidirlər. Məktubda qeyd edilən maraqlı məqamlardan biri isə, adıçəkilən şəxsin lüks həyat tərzi sürməsidir. Deyilənlərə görə, İlqar Mirzəyev tutduğu vəzifəyə görə 200 manat məvacib alsa da daim bahalı avtomobillər idarə edir. Bu məsələ isə özlüyündə bir müəmmadır. Aydın məsələdir ki,200 manat məvaciblə lüks həyat yaşamaq mümkün deyil. Şikayətçilərin yolladığı məktub Bolgexeber.tv-nin də diqqətindən yayınmayıb. Artıq məsələ ilə bağlı əməkdaşlar Cəlilabad rayonuna sakinlərlə görüşə yollanıb. Məsələdə adı hallanan şəxsin mövqeyini öyrənib, dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm