Kredit oliqarxının yaxın adamı özünü onun zavodunda asdı
11-09-2015, 11:35
Oxunub: 4 149
Beynəlxalq Bank işinə görə həbs olunan “İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun yaxın adamı Arif Yusifov özünü asıb
“Yeni Musavat”ın əldə etdiyi sensasion məlumata görə, Arif Yusifov “İnter Glass” zavodunda intihar edib.
İş adamı Fariz Muradov mayın 15-də Beynəlxalq Bank işi ilə bağlı istintaq başlayan zaman həbs edilib. Şirkət prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunaraq Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həbs edilən zaman ondan kredit borcunu ödəməsi tələb olunub. Lakin borcunu ödəyə bilməyən iş adamı haqda Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
F.Muradova yaxın biznesmen Arif Yusifov “İnter Glass” şirkətində səlahiyyətli şəxslərdən biri olub. O, şirkətin əsas işlərini idarə edib. Əldə etdiyimiz məlumata görə, Fariz Muradovun həbsindən sonra Arif Yusifovun da həbsi gündəmə gəlib. Çünki A.Yusifov “İnter Glass” MMC-də təsərrüfat xidmətinin rəisi işləyib və əsas maliyyə məsələlərinə o məsul olub. Ehtimala görə, iş adamı çıxış yolunu intihar etməkdə görüb.
1963-cü il təvəllüdlü Arif Yusifov sentyabrın 3-də “İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şossesi, 25 ünvanda yerləşən nəhəng “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodunun sexində özünü asıb. Hazırda hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
2009-cu ildə “İnter Glass” Azərbaycanda yeni investisiya layihəsinə başlayıb. İş adamı Fariz Muradov şirkətin törəmə müəssisəsi olan “Brickwork House Construction Ltd” yeni şüşə zavodunun tikintisinə 52 milyon manat yatırıb. Şirkət zavodun açılması üçün Beynəlxalq Bankdan 5 milyon avro kredit verilib. “İnter Glass” şirkəti Gürcüstanda və Qırğızıstanda da şüşə zavodu açıb.
Xatırladaq ki, Beynəlxalq Bank işinə görə xeyli sayda iş adamı həbs edilib. Onlar Beynəlxalq Bankdan götürdükləri kreditləri vaxtında geri qaytarmamaqda ittiham olunurlar. Həbs edilənlər haqda rəsmi məlumatlar verilməsə də, mətbuatda yer alan xəbərlərə görə, həbs edilən məşhurlar arasında baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov, “Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynov, bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə də var.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər