Masallı Ziyalılar Birliyinin sədrinin «ziya»sı çıxdı
11-09-2015, 16:54
Oxunub: 4 198
Məmmədağa Eynullayevin bacısı oğlu oğruluqa görə həbs olundu, özünün adı isə cinayətdə hallanır
Məlum olduğu kimi, son dövrlər Masallı rayonunda oğruluq halları baş verməkdədir. Bununla bağlı istər yerli KİV-lərdə, istərsə də DİN-in mətbuat xidməti yetərli qədər məlumat yayıb.
Bolgexeber.com xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi son bir ayda gücləndirilmiş iş rejimində çalışaraq, cinayətkarların yaxalanmasına nail olub.
Qeyd edək ki, dünən rayonda bu məsələ ilə bağlı partlayış doğuracaq məlumat yayılıb.Bolgexeber.com -a daxil olan məlumatda deyilir ki, indiyə qədər ayrı-ayrı kəndlərdə oğurluq edən mütəşəkkil dəstənin üzvlərindən biri həbs olunub. Həmin dəstə üzvü istintaq orqanlarına verdiyi ifadəsində 9 evin yağmalanmasında iştirak etdiyini etiraf edib.
Məsələnin ən ilginc tərəfi odur ki, bu dəstəyə rəhbərlik edənlərdən biri özünü Masallı Ziyalılar Birliyinin sədri kimi təqdim edən və uzun müddətdir kiw haqq və ədalətdən, düzlükdən danişan Məmmədağa Eynullayevin doğmaca bacısı oğlu, rayonun MUSAKÜÇƏ kənd sakini Qurbanov Emin Qurbanqulu oğludur. Bu həmin Məmmədağa Eynullayevdir ki, mütəmadi olaraq Masallı rayonunda aclıq aksiyaları keçirərək, «haqsızlıq»la «mübarizə» aparır, aksiyalar təşkil edib «ədalətin zəfər çalması»na çalışırdı.
Amma bu «ziyalı» indi özünün əsl «ziyalı» tərəfinin ortaya çıxması qarşısında aciz qalıb. Etibarlı mənbələrdən əldə olunan Məlumatlara gorə Məmmədağa Eynullayevin də törədilmiş cinayətlərdə əlinin olduğuna dair faktlar üzə çıxıb. Rayon sakinlərinin verdiyi məlumata görə, Eynullayevin «ziyalı» donuna girərək, «ədalət» uğrunda mübarizə aparması məhz törədilən cinayətlərin arxasında gizlənməsini ört-basdır etmək məqsədi daşıyıb. Daha dəqiq ifadə etsək, mənsəd cəmiyyətin diqqətini «ziyalı», «mübariz», «ədalət carçısı» görüntüləri altında gizlədərək, əsas məqsəddən yayındırmaq olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər