BolgeXeber.Com » Xəbərlər » Cəlilabad DYP-də rüşvətxor serjant - "Hər sürücü 20 manat yoxsa..."

Cəlilabad DYP-də rüşvətxor serjant - "Hər sürücü 20 manat yoxsa..."

14-09-2015, 11:38
Oxunub: 4 311 Cəlilabad DYP-də rüşvətxor serjant - "Hər sürücü 20 manat yoxsa..."Cəlilabad rayonunda yaşayan sürücülər, DYP əməkdaşı Tacəddinlə bağlı şikayətçi düşüblər

Yol Polisinin haqsızlıları ilə bağlı şikayətlər səngimək bilmir. Paytaxta və rejionlarda müəyyən yollarla Yol Polisi olan bəzi şəxslər var ki, əsl işinin nədən ibarət olduğunu anlamır. Eləcədə, onlar elə bilirlər ki, DYP-da işləmək pul yığmaqdı. Əsla yox... Polis işi nə qədər şərəflidirsə, polis işləyən həmin adam da o səviyyədə şərəfli və layaqətli olmalıdır. Polisin davranışları, vətəndaşlarla münasibəti o qədər mədəni olmalıdır ki, insanlar onlardan qorxmamalı, hörmət eləməlidir. Amma təssüflər olsun ki, bəzi polislər var ki, "bir tikə çörəyə dəyməz" . Beləki, adının çəkilməyin istəməyən bir qrup cəlilabadlılar, “ DYP əməkdaşı Tacəddin rüşvətxordur biz hamımız şahidik müvafiq orqanlar bu şəxslə bağlı qanunlara uyğun tədbir görməlidirlər” deyə müvafiq orqanlardan kömək istəyirlər. Azerinews.tv-yə müraciət edən Cəlilabad rayonunda yaşayan sürücülər, DYP əməkdaşı Tacəddinlə bağlı şikayətçi düşüblər. Tacəddinin rüşvətxorluqla məşğul olduğunu iddia edən şikayətçi sakinlər, ona həvalə edəilən vəzifənin öhdəsindən gələcək qədər savada malik olmadığını, yerli-yersiz cərimələr yazdığını bildirir. Cəlilabad rayonunun Aslanlı kəndində doğulan bu şəxs savadsız olması ilə yanaşı rüşvət almaqdanda təcrübə sahibi olduğu deyilir. Hər sürüçüdən 10-20 manat alaraq, gündəlik onlarla rayon və kənd sakinlərini məcburiyyətə məruz qoyan serjant Tacəddin rayonda sürücülərə əməlli, başlı qənim kəsildiyi bildirilir. Məlumata görə pulu olmayan kasıb təbəqəyə aid sürücülər yerli, yersiz cərimələnir və DYP əməkdaşı Tacəddin tərəfindən kobud rəftar edilir. Şikayətçilərin iddiasına görə, Tacəddin və bir neçə DYP əməkdaşları rayonda yaxşı pul qazanmağın da yolunu tapıb. Deyilənlərə görə sənədləri qaydasında olmayan sürücülərə aylıq "tas" da qoyub. Beləki, redaksiyanı məlumatlandıran şikayətçi sürücülər "Cəlilabad rayon DYP serjantı Tacəddin həqiqətəndə rüşvətxorluqla məşğuldur. Biz çox xahiş edirik ki, əlaqədar qurumlar yol polisi əməkdaşı vəzifəsində çalışan bu şəxsin öz vəzifəsini layiqincə icra edəcək qədər savada malik olub-olmadığını yoxlasın. Üzləşdiyimiz haqsızlıqla bağlı DİN rəhbərinə və Ramiz Zeynalova müraciət edirik. Hər sürücüdən 20 manat məcbur pul alan, əks təqdirdə şişirdilmiş cərmələr yazan serjant Tacəddinlə bağlı ciddi ölçü götrüməsini bildiririk...

Redaksiyadan: Bildirək ki, saat 12: 30-da əməkdaşımız redaksiyaya zəng edərək, DYP əməkdaşı serjan Tacəddinin Cəlilabad rayonunda "Hikmətin piyvənoyu " kimi tanınan kafedə olduğunun şahidi olub. Onun dediyinə görə DYP əməkdaşları iş vaxtı Yol Polisi avtobili ilə kafeyə gələrək 40 dəqiqən artıq orada oturaraq susuzluqlarını yatırdmışlar. Biz də nuş olsun deyirik. Amma bizə maraqlı məqam odur ki, əcabə - görəsən qanun yol verirmi ki, iş vaxtı Yol polisləri dövlətə məxsus maşınla piyvəxanada vaxt keçirsinlər?... Və ya DYP əməkdaşları istənilən yerdə durub gəlib, gedən tanışlar "komandir bu keçən ayınkıdır" deyə gülə-gülə əl sıxmaları qanunla düzdür?. Görəsən yerində çəkilən şəkillərə və video kadrlara cənab N. Süleymanov necə münasibət bildirəcək...
Qeyd edək ki, əməkdaşımızın çəkdiyi video və şkilləri növbəti yazıda olduğu kimi oxuculara təqdim edəcəyik. Bizi izləyin...

P.S.Mövzu ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.