BolgeXeber.Com » Xəbərlər » Ölkənin baş gömrükçüsü yalançı statistika ilə kimə kəf gəlir? - Aydın Əliyevin hesabatını təsdiqləyən yoxdur...
Ölkənin baş gömrükçüsü yalançı statistika ilə kimə kəf gəlir? - Aydın Əliyevin hesabatını təsdiqləyən yoxdur...
14-09-2015, 13:07
Oxunub: 5 598
2015-ci ilin I yarısında Azərbaycandan 36 920 ton gips ixrac edilib
Bu, ötən ilin eyni dövründəkindən 40,9% azdır. Bu barədə Gömrük Komitəsi məlumat verir. Eyni rəqəmləri böyük qeyd-şərtlə Azərbaycan gipsinin hamısını alan Gürcüstanın Milli Statistika İdarəsi də verir.
Azərbaycanın rəsmi məlumatına görə, xaricə gips satışından gəlir $566,58 min olub. Gürcüstan tərəfi Azərbaycandan $5 mln 101,2 min (http://goo.gl/LHRvRp) məbləğində gips idxalı qeydə alıb. Gürcüstan bildirir ki, iyulda Azərbaycandan $1 mln 378 min məbləğində gips tədarük edilib.
Məsələ burasındadır ki, Azərbaycan gömrüyündə 1 ton gips $15,3-a ,Gürcüstanda 9 dəfə baha - 138,16-a sənədləşdirilir. Ötən ilin I yarısında Azərbaycan gipsi Gürcüstana 170$/t-a satılıb.
Turan İA dəfələrlə bu dəhşətli korrupsiya faktları və iri məbləğdə vergidən yayınmaq üçün ikiqat mühasibat barədə dəfələrlə yazıb. Amma hüquq mühafizə orqanları susur.
Qeyd edək ki, Azərbaycan İran (860,3 ton) və Türkiyədən (6,6 ton) gips alıb. Bir ton idxal gipsi 52,9$/t-a sənədləşdirilir. Bu, ötən ilin I rübündəkindən 3 dəfə bahadır.
“Gilan TN” şirkəti (“Gilan Holding” qrupuna daxildir) (http://goo.gl/blOlJI) Goranboyda 300 min ton gips idthsal etdiyini bildirir.
Digər gips istehsalçıları “Azbentonit” MMC (“Garant Holding” qrupu), “Avangard-N” MMC-dir (“Matanat A” şirkətinin törəməsi). “Matanat A” qrupunun ictimaiyyətlə əlaqələr sektorunda Turan-a deyiblər ki, son illər Gürcüstana gips ixrac etməyiblər.
2015-ci ilin I yarısında Azərbaycanda gips istehsalı 1,3% artaraq 92,2 min tona çatıb, deyə Dövlətstatkom bildirir.
Gömrük Komitəsi məlumatına görə, 2014-cü ildə Azərbaycandan 157,8 min ton gips ixrac edilib. Bu, 2013-cü ildəkindən 22,7% çoxdur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər