BolgeXeber.Com » Xəbərlər » Oqtay Əsədov: “Avropa Parlamenti bütün çərçivələri aşıb”

Oqtay Əsədov: “Avropa Parlamenti bütün çərçivələri aşıb”

14-09-2015, 13:11
Oxunub: 3 930 Oqtay Əsədov: “Avropa Parlamenti bütün çərçivələri aşıb”Milli Məclisin növbədənkənar xüsusi plenar iclası öz işinə başlayıb

İclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir. Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.
Spiker Oqtay Əsədrov dedi ki, konstitusiyaya uyğun olaraq parlamentin 49 deputatı ona müraciət edib və növbədənkənar iclasın keçirilməsini təklif ediblər. Gündəlikdə yeganə məsələ - Azərbaycan Milli Məclisinin Avropa Parlamentinin qərarı haqqında - təsdiqləndikdən sonra iclas davam etdi.
Spiker giriş nitqində dedi ki, Azərbaycan parlamenti dəfələrlə Avropa Parlamentinin qərəzli münasibəti ilə üzləşib. Bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib, tərbiyəsizcəsinə Azərbaycan siyasi hakimiyyətinə şər atılıb.
O.Əsədov dedi ki, Avropa Parlamentinin iclasını vitse-spikerlər Ziyafət Əsgərovla Valeh Ələsgərov canlı müşahidə edib: "Biz gördük ki, parlamentin nə qədər deputatı Azərbaycana qarşı qərəzli mövqe tutur".
Spiker dedi ki, adətən belə məsələlərdə 40-50-60 deputat iştirak edib: “Ancaq bu dəfə Azərbaycanın məsələsini “təxirəsalınmaz” adı altında müzakirəyə çıxarıblar. Çox az halda olub ki, Avropa Parlamentində 635 deputat iştirak etsin, bu dəfə o qədər deputat iştirak edib. Avropa Parlamentinin xarici əlaqələr komitəsini sədri çıxışında dedi ki, “əvvəlcə komitədə məsələni üzakirə etməliyik, əks təqdirdə Azərbaycanı itirə bilərik”. Lakin ardınca Azərbaycanın “dostları” söz alıb. Sonra öyrəndik ki, bu iki deputat sentyabr ayında Dağlıq Qarabağda olublar və Saakyanla görüşüblər. Elə bu onu göstərir ki, deputatlar Saakyandan təlimat alıblar. Avropa Parlamenti korrupsiyaya da uğrayıb. Bu barədə qurum rəhbərliyinə də yazmışam”.
Spiker bildirdi ki, deputatlardan biri Azərbaycanın açdığı minomyot atəşi nəticəsində Dağlıq Qarabağda bir qadının həlak olduğunu iddia edib, ancaq Azərbaycan ərazilərinin işğalından heç nə danışımayıb.
O.Əsədov dedi ki, jurnalist Rasim Əliyevin məişət zəminində baş verən hadisə nəticəsində dünyasını dəyişməsini də siyasiləşdiriblər: “Əslində bu sənəd Avropa Parlamentinin imicinə yeni bir zərbə oldu”.
O.Əsədov xatırlatdı ki, bu qətnamə Azərbaycandakı parlament seçkiləri ərəfəsində qəbul olunub: “Biz beynəlxalq təşkilatlara seçkilərdə müşahidəçi göndərməklə bağlı müraciət etmişik. Ancaq bu qətnamədə Azərbaycana müşahidəçi göndərməmək çağırışı edilir. Əsas məqsəd Azərbaycanın imicinə zərbə vurmaq, onu Avropa qurumlarından təcrid etməkdir. Bu arada Bako Saakyan da Avropa Parlamentinə dəvət edilir, o da çıxışlarında deyir ki, biz Azərbaycanla birgə yaşaya bilmərik, Dağlıq Qarabağ müstəqil olmalıdır”.
O.Əsədov Avropa qurumları ilə əməkdaşlıq məsələsinə yenidən baxılmasını zəruri saydı: “Nazirlər Kabineti “Şərq tərəfdaşlığı” proqramı məsələsinə yenidən nəzər salsın. Biz bu təşkilatla bağlı qərar verməliyik. Bu təşkilat bizə nə verib?”

Spiker dedi ki, Azərbaycan heç bir qurumun əlaltısı olmayacaq.

Bundan sonra müzakirələrə keçildi (musavat.com).
Bolgexeber.com

* * *12:04

Azərbaycan Milli Məclisi növbədənkənar plenar iclası keçirilir.

İclasın çağırılmasına səbəb bir neçə gün öncə Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədir.