Ağsuda saxta diplomlu məmurun “ailəvi vəzifəsi” - ŞİKAYƏT
14-09-2015, 17:31
Oxunub: 5 438
Ağsu rayon icra başçısının Kalva kənd ərazi nümayəndəsi Cavid Qədirovdan şikayət var
BOLGEXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, hazırda Xətai rayonunda, NZS qəsəbəsində yaşayan Nurəddin Qədirov icra nümayəndəsinin ona sosial yardım almağa imkan vermədiyini deyib.
Aydın olub ki, tərəflər arasında münasibətlər hər ikisinin Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışdığı zamandan pozulub.
Şikayətçi deyib ki, kənd ərazi nümayəndəliyinin sədri olan Cavid Qədirov ondan qisas almaq məqsədi ilə nəvələrinə sosial yardım almasına imkan vermir.
Nurəddin Qədirov 2 ildən çoxdur ki, Ağsu rayon sosial yardım şöbəsinə müraciət etsə də yardım ala bilmədiyini söyləyir.
Nurəddin Qədirov 2000-2003-cü illər arasında nümayəndəlikdə sədr müavini vəzifəsində çalışdığını deyir. Həmin zaman isə nümayəndəliyin sədri Cavid Qədirovun qayınatası Zabit Mirzəməmmədov olub.
Zabit Mirzəməmmədov sədr təyin edilməmişdən əvvəl Cavid Qədirov keçmiş sədrin müavini olub. Qayınatası sədr seçiləndən sonra o nümayəndəliyin hesabdarı (kassiri) vəzifəsinə keçirilib. Sədrin müavini isə Nurəddin Qədirov olub.
Şikayətçinin sözlərinə görə, həmin illərdə iclaslardan birində Zabit Mirzəməmmədov deyib ki, “elə qayınata-kürəkən bu nümayəndəlikdə işləyə bilərik”.
Bundan sonra Nurəddin Qədirovun qara günləri başlayıb.
Nurəddin Qədirov işdən çıxandan bir ay sonra Zabit Mirzəməmmədov da işdən çıxarılıb. Nümayəndəliyə yeni sədr gəlib. Sədrin müavini isə Cavid Qədirov olub. Cavid Qədirov 2012-ci ildən nümayəndəliyin sədridir.
Müavini isə qohumu Vüqar Əfəndiyevdir. Şikayətçi hazırda sədr vəzifəsində oturan Cavid Qədirovun saxta diplomla vəzifəyə gəldiyini iddia edir və bununla bağlı müvafiq qurumlara şikayət etdiyini bildirir.
Bolgexeber.com
C.Qədirov açıqlamasında qarşı tərəfin iddialarının əsassız olduğunu deyib. Nümayəndəliyin sədri deyib ki, Nurəddin Qədirov nəvələri üçün sosial yardım almaq istəyi ilə bağlı onlara müraciət etməyib. Əgər yazılı şəkildə müraciət etsəydi, ona lazım olan köməklik göstərilərdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər