“Gross” marketdə inanılmaz kələkbazlıq və soyğunçuluq - İTTİHAM
15-09-2015, 12:38
Oxunub: 2 917
Müştərilərin "Gross" marketə getməməsinə səbəb hüquqlarının pozulmasıdır
Paytaxtda fəaliyyət göstərən marketlərin demək olar ki, əksəriyyəti vətəndaşlara normal xidmət göstərmir.
Bolgexeber.com TİA.AZ-a istinadənbnildirir ki, Zabrat qəsəbəsində yerləşən Siqma MMC-yə məxsus “Gross” marketlə bağlı neqativ xəbərlər gəlməkdədir. Market istehlakçıları aldatmaqla məşğuldur. Birincisi, qiymət kələkbazlığıyla məşğul olurlar.
Məhsullara vitrində başqa qiymət vururlar. Müştərilər kassaya yaxınlaşdıqda isə başqa qiymətlərlə rastlaşırlar.
Bu yolla market rəhbərliyi yüksək gəlir əldə etməyə çalışsa da, digər tərəfdən marketdən müştərilərin qaçmasına səbəb olur. Ona görə də bu gün sözügedən ticarət obyektində müştəri qıtlığı yaşanır.
Müştərilərin "Gross" marketə getməməsinə səbəb hüquqlarının pozulmasıdır. Manatın devalvasiyasından bəri sözügedən ticarət obyektində satılan məhsullarda hər gün artımın müşahidə edildiyi deyilir.
O da bildirilir ki, "Gross" market don vurmuş məhsulların satılması ilə məşğuldur. Vətəndaşlar məhsulları alıb evə aparandan sonra aşkar olunub ki, məhsulları don vurub. Təəssüf ki, müştəri məhsulu geri qaytarmaq istədikdə isə market rəhbərliyinin kobud münasibətiylə qarşılaşır. Məhsulların həmin marketdən alınmadığı deyilir. Təəssüf ki, bu kimi halların sayı artmaqda davam edir.
Xatırladaq ki, məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi 21 fevral 2015-ci il tarixindən gücləndirilmiş nəzarət tədbirlərinə başlayıb. Lakin süni qiymət artıranların sayı durmadan artır.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət