“Silahlı” xanım direktor danışdı: “Şəkilləri dərhal sildim”
15-09-2015, 18:06
Oxunub: 3 352
Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır
Dünən Binəqədi rayonu, 179 saylı orta məktəbin direktoru Kəmalə Şıxlinskaya ilə bağlı maraqlı foto və məlumatlar təqdim etmişdik.
Xəbərin dərc edilməsindən sonra əlindəki revolverlə çəkdirdiyi fotolarla “Facebook” sosial şəbəkəsində məşhurlaşan direktor 1news.az saytında sözügedən məsələyə aydınlıq gətirib.
Kəmalə Şıxlinskayanın sözlərinə görə avqust-sentyabr aylarında istirahətdə olarkən o, Londonda yaşayan qardaşı gildə qonaq olub.
“Londonun baxımlı və gözəl guşələrini seyr etməklə birgə, qardaşımın ailəsi ilə orada yerləşən dizayn və foto studiyalardan birində olduq. Burada müxtəlif tarixi və ədəbi mövzular üzrə fotosessiyalar təşkil olunurdu. Fikrimizcə bu mövzulardan ən maraqlısı “20-ci əsrin əvvəlində Amerika” mövzusu idi. Biz bu janrda şəkil çəkdirəndən sonra mən onları “Facebook” vasitəsi ilə dostlarımla paylaşdım. Yeri gəlmişkən, Facebook sosial şəbəkəsində çox az dostum var və mənim paylaşımlarım geniş auditoriya üçün nəzərdə tutulmayıb. Başqa sözlərlə paylaşımlarımı yalnız dostluğumda olan insanlar izləyə bilər. Lakin sosial şəbəkənin konfidensiallıq rejimi dəyişdiyi üçün bu şəkillər, mənim xəbərim olmadan, hamının görə biləcəyi statusa dəyişib. Mən bu haqda bir neçə gün sonra xəbər tutmuşam və dərhal şəkilləri “Facebook”dan silmişəm. Təəsüflər olsun ki, geniş kütlənin bu şəkilləri görə bildiyi zaman onlar bəzi insanlar tərəfindən götürülüb və istifadə olunub”, – deyə məktəb direktoru əlavə edib.
Qeyd edək ki, Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır. Məcid Şıxliniski isə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yaxın dostudur. Kamalə Şıxliniskini vəzifəyə də məhs X.İsgəndərov gətirib. O, Binəqədiyə icra başçısı təyin olunan kimi 82 saylı şəhər orta məktəbində müəllimə işləyən Kamalə Şixliniskini Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbə direktor təyin edib.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər