AZFEN şirkətində özbaşınalıqlar pik həddə
17-09-2015, 13:12
Oxunub: 5 475
“AZFEN" şirkətində yerlibazlıq, tayfabazlıq hökm sürür
Bolgexeber.com azerinews.tv-yə istinadən xəbər verir ki, sözügedən şirkətdə nələrin baş verdiyi ilə bağlı növbəti şikayətlər göndərilib.
Şikayətçilər iddia edirlər ki, 1996-cı ilin yanvarında ARDNŞ ilə Türkiyənin "TEKFEN" şirkəti tərəfindən təsis edilmiş "AZFEN", neft və digər sənaye sahələrində hər növ inşaat, emal, nəqliyyat, mühəndislik və layihə idarəçiliyi, həmçinin müxtəlif növ inşaat materiallarının ticarəti ilə əlaqədar işləri həyata keçirmək üçün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. O zaman müəssisə 54 milyon dollar həcmində 24 layihəni işləyib sona çatdırmışdı.
Hətta "AZFEN" və "TEKFEN" Qərb ixrac Neft kəmərləri layihəsində iştirak edərək, Azərbaycan ərazisində boru kəmərləri tikintisini Gürcüstanda nasos və təzyiq azaltma stansiyalarının, eləcə də elektrik, mexaniki və ölçü cihazları layihəsinin tikintisini yüksək səviyyədə başa çatdırmışdır.
"AZFEN"-ə İsmayıl Məmmədov kimi peşəkar mütəxəssis, karyerist olmayan bir şəxs rəhbərlik edirdi. İndi isə fərqli situasiyalarla qarşılaşılır. "AZFEN" şirkətində çalışan fəhlələrdən biri danışır:
“Şirkətdə çalışan fəhlələrin hər an işdən çıxma qorxusunun səbəbi də odur ki, vaxtaşırı fəhlələrin ixtisara salınması, yerinə yeni işçilərin götürülməsindən ortada olan işbazlar pul qazanır. "AZFEN" prezidentinin bundan xəbəri olub-olmamasını demək çətindir. Ona görə işçilərin öz hesabına işdən azad olunması, yeni “nabor” yığılması işə düzəldənlərə sərf edir, onlar 3-4 min manat rüşvət ala bilir. Yerli bazlıq, tərəfkeşlik "AZFEN" şirkətində dəb halını alıb. Orada çalışan ofis işçiləri, rəhbər şəxslər, hətta fəhlələrin hər biri Tovuz rayonunundandır. İşə götürülən tovuzlu deyilsə, Qazax, Ağstafa, Gürcüstan sakini olur." AZFEN" prezidenti Həmid Həsənovun özü tovuzludur. Bütün ətrafı tovuzlu, qazaxlı, ağstafalı, Gürcüstandan olan insanlardır. Onlar şirkətdə ən yüksək 2-3 min manat məvacib alır, şirkəti idarə edir, metalın satılmasına, söküntü işlərindən əldə olunan qazanca, yanacaq silinməsinə digər haqq-hesablardan pul qazanılması işlərinə baxır. Ətrafına da öz qohum, qardaşlarını yığıblar. Yaxşı, əziyyətsiz işlərdə Həmid Həsənovun ətrafı tələbə yoldaşları, dost-tanışları, qohum-qardaşı çalışır. Fəhlələr 400-500 manat məvacib almaqla çətin şəraitdə yaşayırlar. Biz artıq bu haqsızlığa dözmürük. Prezident İlham Əliyevdən kömək istəyirik..."
Azerinews.tv -nin araşdırmaları zamanı oda məlum olub ki,, oğurlanan pullara, yazılan məvaciblərə, silinən yanacağa AZFEN şirkətinin rəhbəri şərait yaradır. Şirkətdə çalışanların vəziyytin düşünsək haqlı olduqları aşikardır. Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər