BolgeXeber.Com » Xəbərlər » Sabir Rüstəmxanlı: Deputat olmayacam

Sabir Rüstəmxanlı: Deputat olmayacam

18-09-2015, 12:05
Oxunub: 2 759 Sabir Rüstəmxanlı: Deputat olmayacam Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu dəfə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək.

Bu barədə apa-ya S. Rüstəmxanlı özü məlumat verib. O bildirib ki, həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: “Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Bolgexeber.com