BolgeXeber.Com » Xəbərlər » Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO

Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO

19-09-2015, 10:48
Oxunub: 2 903 Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün respublikamızda Milli Musiqi Günü kimi qeyd olunur

Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Üzeyir Hacıbəylinin anadan olduğu gün sentyabrın 18-i ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.
Bolgexeber.com-un məlumatına görə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibəti ilə Horadiz şəhərindəki Muğam Mərkəzində dahi bəstəkara həsr olunmuş ədəbi-bədi kompozisiya təşkil olunmuşdur. Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən təşkil olunan ədəbi-bədi kompozisiyada rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisələrin rəhbrələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Ədəbi-bədi kompozisiya musiqisi Ü.Hacıbəyliyə məxsus olan Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanmışdır. Tədbirdə dahi bəstəkarın romanslarından hissələr oxunmuş, şerləri səsləndirilmiş, bəstəkarın “O, olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqili komediyalarından hissələr səhnələşdirilmişdir.
Bildirilmişdir ki, bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur.
Üzeyir Hacıbəylinin 130 illik yubileyinin keçirilməsi barədə rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Tədbirlər Planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun bir sıra yaşayış məntəqələrində sislisə tədbirlər keçirilmiş, dahi bəstəkarın əsərlərindən mahnılar oxunmuş, operaları səhnələşdirilmişdir.
Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO
Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO
Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO
Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO
Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO
Milli Musiqi günü Füzulidə qeyd olundu-FOTO