19 yaşlı qızı qaçırıb 17 gün zorladı — Bakıda dəhşət
19-09-2015, 17:30
Oxunub: 4 688
Sentyabrın 1-dən 17-nə kimi cinayətkar qıza qarşı seksual xarakterli hərəkətlər edib
Polisə tez-tez gənc oğlanların evlənmək məqsədi ilə qız qaçırmaları barədə məlumatlar daxil olur. Amma bu dəfə qız qaçırtmanın məqsədi başqa olub.
Bolgexeber.com xəbər verir ki, bu barədə Vesti.Az-a Bakı şəhərinin Xəzər rayon Polis bölməsindən bildiriblər.
Məlumata əsasən, dünən 2-ci polis bölməsinə 19 yaşlı A.P. müraciət edərək bildirib ki, o, sentyabrın 1-də Niyaməddin adında oğlanla evdən qaçıb. Onun sözlərinə görə, Niyaməddin onunla evlənəcəyinə söz verib, qız isə inanaraq evdən gedib.
Cinayətkar qızı ünvanı məlum olmayan evə gətirib, onu orada bağlı qapılar arxasında saxlayıb.
Sentyabrın 1-dən 17-nə kimi cinayətkar qıza qarşı seksual xarakterli hərəkətlər edib. Sentyabrın 17-də qız ordan qaçmağa müvəffəq olub və dərhal yardım üçün polisə müraciət edib.
Hal-hazırda istintaq cinayətkarın kimliyini müəyyənləşdirmək üzərində işləyir. Bununla əlaqədar polis gənc qızları tanımadıqları adamlarla evdən qaçmamağa çağırıb, çünki bunun sonu faciəli də ola bilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər