Bakı-Sumqayıt qatarında biabırçılıq: Sumqayıta gedənlər Siyəzəndə düşdülər
21-09-2015, 14:11
Oxunub: 4 575
Yenicə fəaliyyətə başlayan Bakı-Sumqayıt qatarının xeyli problemləri üzə çıxıb
Bununla bağlı narazılıqlara sosial şəbəkələrdə tez-tez rast gəlinir.
Bolgexeber.com bildirir ki,məsələnin aktuallığını nəzərə alaraq aznews.az Qatar istifadəçilərinin birinin başına gələn maraqlı əhvalatı təqdim edir:
«Bu gün (19.09.2015) saat 17.30-da Dəmir Yolu Vağızalına gəldim ki, ilk dəfə 40 dəqiqəyə Sumqayıta getməli olan yeni sürət qatarına (məncə adı tısbağa qatarı olmalı idi) minim. Vağzala çatanda məlum oldu ki, 18.25 getməli olan qatarı təxirə salıblar və ancaq 19.25 də olana minə bilərəm. Artıq gəldiyim üçün geri qayıtmadım, avtomatdan biletimi aldım (bu arada onu deyim ki, biletlər yer ilə deyil). Yəni qatara minmək bir vaxtlar 20 yanvarda Sumqayıt mikroavtobuslarına minməyə oxşayır.
Hamı bir-birini itələyir yer tutmaq üçün. Hətta ayaq üstə gedənlər və pilləkənlərdə oturanlar var idi. Və başladım gözləməyə. Saat yetişdi və qatar tam 19.25-də hərəkət etdi. Amma yolda bizim təcrübəli maşinistimiz relsləri səhv saldı və gedib çıxdıq Siyəzənə. Siyəzəndə maşinist düşüb ətrafdakı evlərdən gəldiyi yerin hara olduğunu öyrəndikdən sonra başladıq geri getməyə. Beləliklə 40 dəqiqəyə gəlməli olan qatar tam 2 saata gəldi. Bələdçiləri qatarda sadəcə ortada gəzmələri üçün qoyublar. Heç bir şeydən xəbərləri yoxdur. Bakıda «probkaları» aradan qaldırmaq istəyən hökumət rəsmilərinə səslənirəm: əgər niyyətiniz budursa, gediş haqqını niyə 40 yox, 80 qəpik etmisiniz? Bundan başqa Bakıda 10 adama 4 maşın düşür, amma Tokioda 10 adama 9 maşın düşür. Amma orda tıxaclar olmur. Demək ki, tıxacın avtomobil sayı ilə əlaqəsi yoxdur. Bunun üçün yol infrostrukturunu və pulla sürücülük vəsiqəsi alan sürücülərimizin başlarını düzəltmək lazımdır.
Bu arada bu son minişim idi bu Bakı-Siyəzən, çaşdım Bakı-Sumqayıt qatarına…”
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər