Seçiciləri Hüseynbala Mirələmova ismarıc yolladı...
21-09-2015, 19:14
Oxunub: 3 874
Yazıçı-deputat Hüseynbala Mirələmov yenə mandat eşqinə düşüb
Qalmaqallı “1001 gecə” restoranının sahibi 33 saylı Xətai 1-ci Seçki Dairəsindən deputat seçilib. Bu ilki seçkilərdə də həmin dairədən hakim partiyanın namizədidir.
Seçicilər isə onun yenidən namizəd olmasına etiraz edir. Onlar seçki məntəqələrində onun adına bülleten atmayacaqlarını söyləyiblər. Çünki seçicilərin problemlərinə qarşı biganə yanaşıb.
Bir müddət əvvəl deputatın qardaşı oğlu “1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri isə yaralamışdı. H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.
Metal Konstruksiyalar Zavodu da Mirələmova məxsus imiş. Sadəcə olaraq millət vəkili olduğu üçün bu biznesini öz adına yox, bacısı uşaqlarının adına sənədləşdirib və oranın idarə olunmasını da məhz bacısı uşaqlarına həvalə edib.
Yenicag.az yazıb ki, onun Xətai rayonu ərazisində bir neçə obyekti də var. Deputatın Səbail rayonu ərazisində də bir neçə iri müəssisəsi fəaliyyət göstərir. MM üzvü həmin yerləri xarici şirkətlərə aylıq icarəyə verib. Hüseynbala Mirələmovun ən ciddi rəqibi Müsavat başqanı Arif Hacılıdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər