BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda “Bəxtiyar Vahabzadə-90” adlı oxucu konfransı keçirilib-FOTO

Hacıqabulda “Bəxtiyar Vahabzadə-90” adlı oxucu konfransı keçirilib-FOTO

22-09-2015, 15:58
Oxunub: 3 512 Hacıqabulda “Bəxtiyar Vahabzadə-90” adlı oxucu konfransı keçirilib-FOTOBu il çağdaş Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, əsrin Şərq şeri prosesi məcrasında milli poeziyamızı ləyaqətlə təmsil edən xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 ili tamam olur

Şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili Vahabzadə Bəxtiyar Mahmud oğlu 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakultəsinə daxil olmuş, ömrünü, taleyini həmişlik bu böyük təhsil və elm ocağı ilə bağlayan Bəxtiyar Vahabzadə universiteti bitirdikdən sonra onun aspiranturasına daxil olmuş, 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun yaradıcılıq yolu”mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Professor Bəxtiyar Vahabzadə 1980-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Ölməz söz ustadı, böyük sənətkar bir şair kimi bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil”adlı ilk şeri ilə başlamışdır. Onun poeziyası öz təbiiliyi, səmimiyyəti ilə tez bir zamanda oxucuların qəlbinə yol tapmış, o dövrün poeziyasına müəyyən mənada yeni ab-hava, yeni ovqat gətirmişdir.B.Vahabzadə düşünən və düşündürən şair olmuşdur.İnsanın taleyi, mənəvi-əxlaqi ovqatı, doğma Vətəninin, xalqının, dünyanın digər xalqlarının azadlıq və istiqlaliyyəti, yer üzərində vicdanın, haqqın və ədalətin bərqərar olması şairi həmişə düşündürüb narahat etmişdir.Bütün bunlar şairin yaradıcılığının əsas qayəsini təşkil etmiş, Bəxtiyar Vahabzadə şairləri zamanın, həqiqətin, haqqın güzgüsü kimi görmək istəmişdir. Şairin bu inamı, əqidəsi, məramı onun “İnsan və zaman”, “Bir ürəkdə dörd fəsil”, “Köklər...budaqlar”, “Dəniz, sahil”toplularında öz bədii təcəssümünü tapmışdır. Şairin poeziyasnın əsas cəhətlərindən biri vətəndaşlıq ruhudur.Onun yaradıcılığı hər şeydən əvvəl fəal həyat mövqeyi ilə seçilir.Şairin bütün yradıcılığının pafosunun təşkil edən “Yaşamaq-yanmaqdır, yanasan gərək”misraları onun bütün əsərləri üçün səciyyəvi olmuşdur.

Şair vətənə, xalqına bağlı bir insan olmuşdur.Onun lirikasında Vətən başlıca olaraq mənəviyyat, əqidə və məsləkdir. Bəxtiyar Vahabzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir.Onun şeirlərində olduğu kimi poemalarında da əsas sujet xəttini vətənə məhəbbət hissləri, insanıların daxili, mənəvi-əxlaqi aləmi təşkil edir. “Sadə adamlar”, “”İztirabın sonu”, “Şəbi –hicran”,”Gülüstan”, “Etiraf”, “Ağlar-güləyən”, “Muğam”, “Şəhidlər” və digər poemalarında da şair öz dəsti-xəttinə sadiq qalmışdır.Onun poeziyası azadlıq ruhunda yoğrulmuş, azadlıq havası ilə nəfəs alan bir poeziya olmuşdur.Bu poeziyanın məhək daşı, əzəli və əbədi mövzusu isə Azərbaycan, onun tarixi taleyi, bu günü və gələcəyidir.Məhz bu səbəbdəndir ki, Bəxtiyar Vahabzadə yaradıcıığı bu gün də sevilir.Minlərlə insanların qəlbində yaşayır və həmişə yaşayacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sevimli xalq şairi Bəxtiyar

Vahabzadənin anadan olmasının 90 illiyinin keçirilməsi haqqında 14 yanvar 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Hacıqabul rayon Mərkəzi kitabxanası Hacıqabul rayon Folklor klubunda “Bəxtiyar Vahabzadə-90” adlı oxucu komfransı keçirmişdir.Tədbir şairin həyat və yaradıcılığının müxtəlif anlarını özündə əks etdirən video çarxın nümayişi ilə baılandı. Sonra tədbirin aparıcısı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev şairin yaradıcılığı haqqında məlumat verdikdən sonra sözü rayon Mərkəzi kitabxanasının şöbə müdiri Sürahi Məmmədovaya verdi. Sürahi Məmmədova Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Qarayeva Səkinə “Əbədiyaşar şair”, oxuculardan İsayev İsa “Bəxtiyar Vahabzadənin yaradıcılıq dünyası”, “ Hacıqabul” qəzetinin müxbiri Nazim Zeynalov “Filosof şair”, Xəlilov Mübariz “Qüdrətli söz ustası” mövzularında çıxış etdilər. Şıxış edənlər şairin əsil vətənpərvər olmasından, onun bir şair kimi üstülüklərindən, bu gün də onun əsərlərinin oxucular tərəfindən sevilməsindən sohbət açdılar.

Oxucu konfransında həvəskar müğənni Şamil Azadov musiqinin müşaiyətilə şairin “Muğam”poemasından bir parçanı ifa etdi. İfa iştirakçıların alqışlarına səbəb oldu. Sonra oxuculardan Rəşidova Gülzadə, Əhmədova Səbinə, Məmmədova Rəhimə və başqaları Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələri əzbərdən söylədilər.

Oxucu konfransında rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Hümanitar şöbəsinin məsul işçisi Natiq Mustafayev iştirak edirdi.

Tədbirin sonunda Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov çıxış edərək şairin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan, onun ictimai fəaliyyətindən danışdı.Və tədbirin təkilatçılarına, eləcə də bütün iştirakçılara öz təşəkkürünü bildirdi.
Bolgexeber.com
Hacıqabulda “Bəxtiyar Vahabzadə-90” adlı oxucu konfransı keçirilib-FOTO
Hacıqabulda “Bəxtiyar Vahabzadə-90” adlı oxucu konfransı keçirilib-FOTO