Abşeronda heç nə dəyişmədi - icra başçısından başqa…
23-09-2015, 10:57
Oxunub: 1 195
Problemlər içində çabalayan insanlar istəyirlər ki, İradə xanım onları dinləsi
Abşeron rayonunda sosial problemlər, insanların qaz, su, işıq və sair sosial problemləri hələ də həllini gözləyir. Bu rayon Bakının ən çox sosial qayğıları olan bir rayonu kimi tanınır. Hətta şəhər statusu almış Xırdalanda, Abşeron Rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşən Masazırda, Ceyranbatanda belə qış aylarında elektrik enerjisçi uzun fasilələrlə verilir.
İnsanlar Bakının bir addımlığında yolsuzluqdan əziyyət çəkirlər. Qaz problemi həllini gözləyir və sair…
Abşeronun icra başçısı dəyişib. Rayona yeni icra başçısı təyin olunub. Hələ də insanlar ümid edirlər ki, xanım olan icra başçısı vətəndaşlarının, sakinlərinin problemlərinə həssaslıqla yanaşacaq, onların dərdlərini dinləyəcək. Sentyabr ayının 3-də Abşerona icra başçısı təyin edilən İradə Gülməmmədova 19 gündür ki, hələ də ictimayyət qarşısına çıxmayıb.
Hələ də vətəndaşlara etdiyi hansısa bir jesti, xüsusi diqqəti və qayğısı görünmür. Elə GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar da bundan narazı və nigarandırlar. Problemlər içində çabalayan insanlar istəyirlər ki, İradə xanım onları dinləsin. Elə Masazır qəsəbəsinin sakinlərinin redaksiyamıza ünvanladıqları müraciətin bir nüsxəsi də dövlət başçısı, Cənab Prezidentə göndərilib. Sakinlər illərdir ki, yaşadıqları elektrik enerjisi problemindən, yolsuzluqdan şikayətçidirlər.
Onlar arzu edirlər ki, bu qəsəbənin dərdlərinə şərik olacaq, dövlət qurumlarına lazımi göstərişləri verib işlərini gördürəcək bir icra bdaşçısı olsun. Amma hələ ki, onların olan yalnız ümidləridir. İradə Gülməmmədova icra başçısı təyin ediləndən bəri bir gün də olsun ictima yyət nümayəndələrini qəbul etməyib. Media qarşısına çıxmayıb. Abşeronun sabiq icra başçısı, indii Sumqayıtda icra başçısı olan Zakir Fərəcovdan fərqli olaraq İradə xanım dövlət başçısının etimadı ilə bu vəzifəyə əyləşdiyini göstərəcək, ifadə edəcək bir addım atmayıb…
Bizə müraciət edən sakinlərin yeganə imkanı olan ümidləri belədir ki, yeni icra başçısı detal-detal onları dinləyəcək. Dövlət başçısının təşəbbüslərinə, vətəndaş-məmur münasibətlərinə həssaslıqla yanaşacaq. Gələn saylarımızda yeni icra başçısına dəstək xatirinə mütəmadi olaraq Abşeron rayonundakı sosial problemləri foto reportajlarla yayımlayacağıq. Və qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bəri başdan bəyan edirik.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət