Göyçay kolxoz bazarında hökm sürən rəzalət
23-09-2015, 11:19
Oxunub: 3 934
Görünən mənzərə onu deməyə əsas verir ki, aidiyyatı orqanları əhalinin sağlamlığı yox bazarkom Bəhruzun verdiyi haqq maraqlandırır
Göycay kolxoz bazarı sovet dövrində tikilən ilk bazardır.Təxminən 20 ilə yaxın olarki, bu bazarı icarəyə götürən Bəhruz adlı şəxsin yarıtmaz fəaliyyəti nəticəsində burada antisanitariya, özbaşınalıq , şəraitsizlik baş alıb gedir ki, nəticədə də alıcılar alver etmək üçün digər bazarlara üz tuturlar. Bu adamın məqsədi nə olur olsun gündəlik yer pulu adı ilə satıcılardan pulunu yığdırmaqdır. 15-16 sentyabrda Göyçay rayonuna yağan leysan yağışlarda bazarda yerləşən dükanlara xeyli ziyan dəyib, satıcıların satdıqları pal- paltar islanaraq çoxusu yararsız olub. Müdir Bəhruz özü bazara gəlmir ki, satıcılar ona sözünü deyə bilsinlər, bazarda onun əl altilari yer pulu yığırlar. Gündəlik 1 manat əlavə ayliq 20-30 manat, bazar gözətçisi üçün isə gündəlik 20 qəpik yığılan puldan verilən verginin fərqinə hesablayanda burada həm satıcıların, həm də dövlətin aldanıldığını və bazarkom Bəhruzun varlandığını aydın görmək olar. Vergiyə cüzi pul ödəyən bazarkom Bəhruzun bu əməllərinin yoxlanılmasına zərurət var.Rayon rəhbərliyi buna qətiyyən nəzarət etmir, baxmayaraq ki, bu barədə dəfələrlə satıcılar və alıcılar şikayətlər ediblər.Bazarın içərisində bir neçə yerdə zibilliklər mövcuddur ki, bütün bunlar ətrafa pis qoxu yayır ki, bu xəstəlik mənbəyidir.Yararsız piştaxtalar, məhsulların saxlanılması üçün soyuducunun olmaması, labarator müayinədən keçmədən satılan kənd təssərrüfatı məhsullarınin antisanitar şəraitə satılması sözün əsil mənasında rəzalətdir.Görünən mənzərə onu deməyə əsas verir ki, aidiyyatı orqanları əhalinin sağlamlığı yox bazarkom Bəhruzun verdiyi haqq maraqlandırır.Araşdırmalarımızı davam etdirəcəyik.
regionxeberleri.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər