BolgeXeber.Com » Xəbərlər » Azərbaycan millisini lağa qoydular - AFFA UEFA-ya şikayət etdi

Azərbaycan millisini lağa qoydular - AFFA UEFA-ya şikayət etdi

23-09-2015, 12:45
Oxunub: 3 281 Azərbaycan millisini lağa qoydular - AFFA UEFA-ya şikayət etdiFutzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşmasından əvvəl xoşagəlməz hal baş verib

Matç üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.

Məsələ ilə bağlı AFFA-dan verilən məlumata görə, karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.

Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.