BolgeXeber.Com » Xəbərlər » Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO
Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO
28-09-2015, 09:55
Oxunub: 5 359
Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edilir
Rayon icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də iş adamlarının, imkanlı şəxslərin köməyi ilə rayonun bütün yaşayış məntəqələrində qurbanlıq heyvanlar kəsilmiş, imkansız insanlara, tənha qocalara, əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə, təmas xəttinə yaxın olan kəndlərin sakinlərinə paylanılmışdır.
Bu tədbirlərə qoşulan “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun təmas xəttində yerləşən Şıxarx, Həsənqaya, Çaylı və Qapanlı kəndlərində yaşayan sakinlərə, rayon ərazisində yerləşən hərbi hissələrə, imkansız ailələrə qurban payı və ərzaq yardımı paylamışlar.
Doğmalarının məzarını ziyarət edərkən ermənilər tərəfindən əsir götürülmüş Şahbaz Quluyevin Qapanlı kəndində yaşayan anası Sənəm Quluyevaya, Qapanlı kəmdində toy mağarının atəşə tutulması nəticəsində yaralanmış Müşgünaz, Mədinə və balaca Zəhra Əliyevalara da bayram sovqatı verilmişdir.
Qurban bayramı mərasimində iştirak edən cəbhə bölgəsinin sakinləri onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com
![Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO](/uploads/posts/2015-09/thumbs/1443182072_dsc_0019.jpg)
![Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO](/uploads/posts/2015-09/thumbs/1443182165_dsc_8863.jpg)
![Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO Tərtərdə Qurban bayramı münasibəti ilə təşkil olunan tədbirlər davam etdirilir-FOTO](/uploads/posts/2015-09/thumbs/1443182164_dsc_8953.jpg)
Çox Oxunanlar
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 11-01-2025, 17:53 : Bu türk məşhurlarının evləri yandı
Şou-Biznes / Xəbərlər
- 1-02-2025, 17:22 : ABŞ paytaxtını siçovullar basdı
Dünya / Xəbərlər
- 25-01-2025, 16:57 : Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
Dünya / Xəbərlər
- 7-01-2025, 13:16 : İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
Bölgə / Xəbərlər
- 24-01-2025, 17:54 : İstanbulda daha bir güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 15-01-2025, 17:57 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 13-01-2025, 16:07 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Gülgəzli kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 8-01-2025, 16:25 : Kerimcan Durmaz həbs olundu
Şou-Biznes
- 15-01-2025, 14:13 : Ronaldo bu klubun şərikli sahibi olacaq
İdman