Cahangir Hacıyev həbs edilir?
26-09-2015, 12:35
Oxunub: 4 157
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri, "İnter" klubunun fəxri prezidenti Cahangir Hacıyevin həbs edilməsi məsələsi yenidən gündəmə gəlib
Buna bir neçə gün əvvəl ABB-nin problemli kreditləri ilə bağlı aparılan yeni həbslər səbəb olub. Bu barədə qaynar.info-ya məlumatlı mənbə bildirib.
Xatırladaq ki, sentyabrın 21-də Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Həbs edilənlər arasında Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov da var.
Qaynar.info-nu məlumatlandıran mənbə bildirib ki, həbs edilən şirkət rəhbərləri birbaşa Cahangir Hacıyevə bağlı şəxslərdir. Belə ki, adıçəkilən şirkətlərin hamısı ABB-nin sabiq rəhbərinin “biznes imperiyasına” daxildir. Eyni zamanda həbs olunan filial direktorları da Hacıyevlə yaxınlığı ilə tanınırdı. Hətta Mərkəzi filialın direktorunun Cahangir Hacıyevlə ailəvi dostluğunun olduğu məlumdur.
“Artıq ABB-nin sabiq rəhbərinə bu qədər yaxın şəxslərin həbs olunması oxşar qərarın Cahangir Hacıyevlə bağlı seçilməsinə hazırlıq kimi qiymətləndirilməlidir. Artıq məlumatlar var ki, onlardan ABB-nin keçmiş rəhbərinə qarşı ifadə alınır. Bi isə o deməkdir ki, həmin ifadələr əsas götürülərək Cahangir Hacıyevin özü barədə həbs qərarı seçiləcək”, - deyə qaynağımız əlavə edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər