Maşın bazarında kritik durum - 5 min fərq
26-09-2015, 12:37
Oxunub: 4 144
2015-ci ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 2844 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,8 dəfə azdır
Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-ci ilin ilk 8 ayının yekunları üzrə xarici ticarət haqqında hesabatında deyilir. Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 51,24 milyon dollar olan avtomobillər ixrac edilib.
Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 29,7 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 41,1 faiz təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3,55 dəfə (dəyər baxımından), say nisbətində isə 10,95 min ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 182,13 milyon dollar həcmində 13,79 min avtomobil ixrac edilib.
Ölkəyə avtomobil idxalının azalması 2014-cü il aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan Avro-4 ekoloji standartına keçidlə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.
2015-cü ilin yanvar-avqust aylarında Azərbaycan ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan malların idxalını 2,2 dəfə azaldıb.Hesabat dövründə Gürcüstandan Azərbaycana 172,65 milyon dollar məbləğində mal ixrac edilib ki, bu da Gürcüstanın ümumi ixracının 11,8 faizini təşkil edir. azadliq.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər