BolgeXeber.Com » Xəbərlər » “Uşağa cin girib” və ya İranda əsəb xəstəliklərinin “asan müalicəsi”...

“Uşağa cin girib” və ya İranda əsəb xəstəliklərinin “asan müalicəsi”...

28-09-2015, 11:12
Oxunub: 2 777 “Uşağa cin girib” və ya İranda əsəb xəstəliklərinin “asan müalicəsi”...Bu xəstəliyi olan uşaqları 10-15 gün xəstəxanada müalicə etmək xəstəliyin tam sağalması üçün yetərli deyil

Belə xəstələr uzun müddət dərman qəbul etməli, rejimə əməl etməlidirlər. Müxtəlif infeksiyalar və ya zəhərlənmələr nəticəsində yaranan patologiyalar, körpə uşaqlar arasında beyinə qansızmalara da rast gəlirik. Uşaqlar arasında mərkəzi sinir sistemində anadangəlmə anomaliyalar doğulanlarla da qarşılaşırıq. Buna görə də normadan kənar uşaq doğularkən onu müayinədən keçirmək lazımdır”.

M.Sadıqov ensofalitlərin sinir sisteminin ağır patologiyası olduğunu qeyd etdi: “Xüsusilə uşaqlar arasında rast gəlinir. Xəstəliyin erkən diaqnozu çox vacibdir. Ensofalitlər tam sağalmayan xəstəliklərdəndir, gələcəkdə qalıq əlamətlərinin az və ya çox olması vaxtında müayinə və müalicə olunmaqdan asılıdır”.

Baş həkimin sözlərinə görə, xəstəxanada xəstəliklərin statistikası da aparılır. Statistikada qohum nikahından doğulan uşaqlarda qeydə alınan xəstəliklər birinci yerdə durur: “Qohum nikahlardan doğulan uşaqlarda irsi xəstəliklər qeydə alınır, bu xəstəliklərin isə müalicəsi çətindir. Bundan sonra inkişafın ləngiməsi ən çox rast gəlinən xəstəliklər sırasındadır. Məsələn, 1 yaşlı uşaqda inkişaf 3-4 ayın etapına uyğun baş verib. Uşaq serebral iflicləri isə 20-21 faiz təşkil edir. Qıcolma sindromu ilə gələn uşaqlar da çoxların arasındadır”.

M.Sadıqov onu da qeyd etdi ki, sinir sisteminin nadir xəstəlikləri ilə bağlı müraciətlər də çoxalıb: “Əzələ-sinir xəstəliklərin müəyyən formalarına rast gəlirik. Bu xəstəliyin simptomatik müalicə edirik. Çünki bu xəstəliklərin birdəfəlik müalicəsi yoxdur. Ümumiyyətlə, digər xəstəliklərdən fərqli olaraq nevroloji xəstəliklərin müalicəsi çox çətindir. Çünki nevroloji xəstəliklərin əksəriyyəti sağalmır, sadəcə vəziyyətləri bir qədər yaxşılaşır.

Ən çox epilepsiyalı uşaqların xaricə aparılması ilə rastlaşırıq. Valideynlər bilməlidir ki, bəzən qıcolma əleyhinə bir neçə dərman verilsə də xəstəlik sağalmırlar. Buna görə də İrana və ya Gürcüstana gedib müalicəni yarımçıq saxlamaq uşağın sağlamlığı baxımından zərərlidir. Bu xəstəliklər uzun müddət müalicə olunmalıdır. Azərbaycanda reabilitasiya mərkəzləri, sanatoriyalar var. Bu uşaqlar mütləq reabilitasiya mərkəzlərinə getməlidir”.

Nevropatoloq Nizami İsmayılov isə deyir ki, əsəb xəstəliklərindən əziyyət çəkən uşaqların sayı son vaxtlar durmadan artır: “Əsəb xəstəliklərinin yaranma səbəbləri müxtəlifdir. Bəzən bir xəstəliyin səbəbini müəyyən etmək üçün 30-40 analizə ehtiyac duyulur. Son vaxtlar epilepsiyalar, autizm, uşaq serebral iflici çox yayılıb. Bu xəstəliklərin tam müalicəsini iddia etmək gülüncdür. Təəssüf ki, televiziyalarda hələ də yanlış təbliğat, reklamlar verməklə əhali aldadılar. Valideynlər psixoloji problemləri əsəb xəstəlikləri ilə qarışdırır.

Məsələn, bizim xəstəxanaya autizmli uşaq gətirilmişdi. Valideyn uşağı İrana, Gürcüstana, sonra isə Moskvaya aparıb. Hər üç ölkədə eyni diaqnoz qoyulub, məsləhətlər verilib. Televiziyada reklama aldanan valideyn uşağı Təbrizdə həkimə aparıb. Həkim uşağa o qədər dərman yazmışdı ki, biz onun böyrəyini, qaraciyərini, mədəsini müalicə etməli olduq. Ana autizmin tez və tamamilə müalicə olunmaması ilə razılaşmaq istəmir. Buna görə də reklamlara, xarici həkimlərin təbliğatına tez aldanır. Uşağın müalicəsi üçün bankdan 3 min dollar kredit götürüb. İndi uşağı reabilitasiyaya cəlb etməyə imkanı yoxdur”.

Həkim qeyd etdi ki, əsəb xəstəliklərinin əsası ana bətnində qoyulur. Buna görə də doğulan uşaqların çoxunda əsəb xəstəlikləri müşahidə edilir: “Sinir toxuması tez zədələnib gec bərpa olunur. Bəzən isə xəstə ömür boyu dərman qəbul edir. Təəssüf ki, sinir xəstəlikləri uşaq ölümünün əsas səbəblərindən biridir”.

Nizami İsmayılov həkim seçiminə həssas yanaşılmasını xahiş edir: “İranda peşəkar həkimlər çoxdur. Sadəcə olaraq Azərbaycandan İrana ucuz müayinə və müalicə sevdası ilə gedirlər. Gedənlərin 80-85 faizi Təbriz, Ərdəbil və ya digər şəhərlərə üz tutur. Orada isə vasitəçilərin köməyi ilə qeyri-peşəkarların yanına gedirlər.

Məsələn, bizim xəstələrin birinə deyiblər ki, xəstəliyin yaranmasına səbəb internetdir, uşağı internetə girməyə icazə verməklə günah işlədiblər. Valideyn də qorxuya düşmüşdü. Biz də deyirik ki, oyunlar, seriallar və ya aqressiyanı aşılayan digər verilişlər uşaqlara mənfi təsir göstərir. Bu daha çox psixoloji təsirdir. Amma uşaq serebral iflicinin, meningitin yaranmasına internet təsir edə bilməz. Buna görə də həkim seçimində ehtiyatlı olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, əsəb xəstəliklərinin müalicəsi həm də səbr tələb edir”.

...Əsəb xəstəliklərindən dünyasını dəyişən 1 yaşlı uşaqların statistikası ürək dağlayır. Cin, şeytan çıxarmaq və ya xarüqələr yaratmaqla vəd verənlərə inanmazdan əvvəl bir daha düşünün...