“London taksiləri"ndə gedişhaqqı bahalaşdı
28-09-2015, 13:49
Oxunub: 4 070
Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşdırılıb
BAKU.WS-in əldə etdiyi məlumata görə, paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna görə fərqlənir. Əgər əvvəllər "London taksisi"nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır. Sərnişin 3 manat ödəməklə "London taksisi”lə 3 kilometrədək gedə bilər. Bu məsafəni qət etdikdən sonra isə sərnişin ödənişi adi qaydada, 10 kilometr üçün 70, sonrakı 10 km üçün 40 qəpik ödəməli olacaq.
Bu həm sərnişinlərə daha rahat və komfortlu xidmət göstərilməsi, həm də "London taksiləri"nə çəkilən xərci ödəmək üçün əlverişlidir. Həmin taksilər Bakı-Taksi-Xidmətinə aiddir.
"Əgər əvvəllər taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3 manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər. Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də gətiriləcək”, - deyə bildirilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər