Məmurlar generalın dəfnində ağladılar - FOTOLAR
30-09-2015, 18:01
Oxunub: 6 786
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə dəfn olunub
AzVision.az xəbər verir ki, II Fəxri Xiyabanda baş tutan dəfn mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Baş nazirin müavini Abid Şərifov, Daxili İşlər Naziri Ramil Usubov və müavinləri, Baş Prokuror Zakir Qaralov, Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Səbailin icra başçısı Eldar Əzizov, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Dövlət Sərhəd Xidmətinin habelə Silahlı Qüvvələrin generelları və digər dövlət rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib.
Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəkidə ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla qurtarıb. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib.
1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb.
1980-ci ildən 1988-ci ilə qədər isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyib. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.
1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.
Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial