BolgeXeber.Com » Xəbərlər » Prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçməsi keçirilib - FOTO

Prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçməsi keçirilib - FOTO

1-10-2015, 18:07
Oxunub: 5 651 Prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçməsi keçirilib - FOTOSentyabrın 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, Şəhidlər xiyabanında "Əbədi məşəl" memorialı önünə əklil qoyublar.
Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla, ciddi ictimai nəzarət altında qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi ilə keçirilən müsabiqədə seçilən ən layiqli namizədlər müxtəlif vəzifələrə təyinatlar alıblar.
Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 25 namizədin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsinə təsadüf edir.
Diqqətə çatdırılmışdır ki, 2000-ci il aprelin 26-da Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə əsası qoyulmaqla, prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühüm istiqamətlərindən biri kimi müsabiqə yolu ilə qulluğa qəbulun alternativi olmamaqla, bu yol prokurorluğun kadr tərkibinin komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsidir. 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə nəticəsində işə qəbul edilmiş 631 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 56 faizdən çoxunu təşkil edir. Çox müsbət hal kimi qeyd edilib ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilib, o cümlədən Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar alıblar.
Azərbaycan Respublikası Baş prokurorunun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr təqdim edilib.
Mərasimdə çıxış edən gənclər prokurorluğa işə qəbulun obyektiv, ədalətli və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.
Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.
Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçməsi keçirilib - FOTO
Prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçməsi keçirilib - FOTO
Prokurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçməsi keçirilib - FOTOProkurorluq orqanlarında qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçməsi keçirilib - FOTO