Telman İsmayılov müflis oldu
5-10-2015, 11:10
Oxunub: 4 418
Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Bank Moskvı" Çerkizov bazarının keçmiş sahibi, AST qrupunun təsisçisi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib
Oxu.az "Kommersant"-a istinadən bildirir ki, bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir.
Ərizəyə əsasən, İsmayılovu "Ruslayn 200" MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan etməyi tələb edirlər.
"İsmayılov Telman Mərdan oğlu uzun müddətdir pul öhdəliklərini icra etmədiyi üçün belə qərara gəlmək olar ki, o, ödəməqabiliyyətli deyil", - deyə bəyanatda bildirilir.
Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bankın nümayəndələri əvvəlcə borclar haqqında məsələni dinc yolla həll etmək istəyiblər, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə iddia qaldırıblar. Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub.
Qeyd edək ki, son illər Azərbaycan əsilli milyarderin işləri yaxşı getmir.
Forbes-in məlumatına görə, 2015-ci ilin aprelində AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov 200 ən varlı rusiyalı sahibkarın daxil olduğu siyahıda 0,6 mlrd. dollar sərvətlə 144-cü yeri tuturdu, ötən dövr ərzində onun sərvəti 0,15 mlrd. dollar azalmışdı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər