“KFC”-NİN KODLA QORUNAN AYAQYOLUSUNDA NƏLƏR YAŞANIR? (FOTOLAR)
5-10-2015, 13:57
Oxunub: 7 037
Sanki strateji obyekt kimi qorunan ayaqyoluna həmin kodu yığmaqla düşmək mümkündür
Məlum olduğu kimi, dünyaca məşhur “KFC” restoranlar şəbəkəsinin paytaxt Bakıda da bir neçə iaşə obyekti var. Xüsusilə də gənclərin böyük həvəslə təşrif buyurduğu həmin restoranlarda fantastik məbləğdə gəlir əldə olunur. Paytaxta fəaliyyət göstərən “KFC” restoranlarından biri də şəhərin ən mərkəzi hissəsi sayılan – Fontanlar Bağındadır. Ancaq dünyaca məşhur brendin sözügedən obyektində biabırçı və antisanitar vəziyyət hökm sürür. Azinforum.az-ın əməkdaşları həmin restoranın ayaqyolusundan edilən şikayətləri araşdırıb. İş burasındadır ki, həmin ayaqyolu vasitəsi ilə hər bir müştəri öz təbii ehtiyaclarını ödəyə bilmir. Bunun üçün mütləq restorandan nəsə almalısan. Müştərilərə verilən çekdə ayaqyolundan istifadə etmək üçün xüsusi kodun şifrəsi yazılır. Sanki strateji obyekt kimi qorunan ayaqyoluna həmin kodu yığmaqla düşmək mümkündür. İçəri daxil olanda isə, “əzəmətdən” əsər -əlamət qalmır. Gündəlik gəliri fantastik məbləğlə ölçülən restorandakı ayaqyolunda quraşdırılan bütün qurğuların üzərində “işləmir” sözü yazılıb və onlar həqiqətən də funksional fəziyyətdə deyil. Əlüzyuyanda isə bir qram da olsun maye sabun tapmaq mümkün deyil.Həmin açı mənzərəni əks etdirən eksklüziv fotoları təqdim edirik.
“KFC” rəhbərliyinin də məsələyə münasibətini dinləməyə hazırıq…



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər