Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə apardılar - QALMAQAL (VİDEO)
10-10-2015, 11:59
Oxunub: 5 619
Dünən gecə saat 23 radələrində “Monte Kristo” şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb
Modern.az saytına verilən məlumata görə, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib.
Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı Daxili İşlər naziri Ramil Usubova zəng edib.
Modern.az hadisənin təfərrüatını öyrənmək üçün Binəqədi rayonu 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən belə faktın qeydə alınmadığını deyiblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də hadisə barədə məlumatsız olduğunu bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər