BolgeXeber.Com » Xəbərlər » İLHAM ƏLİYEVİN DOSTUNU HƏDƏLƏYƏN MƏMUR

İLHAM ƏLİYEVİN DOSTUNU HƏDƏLƏYƏN MƏMUR

10-10-2015, 11:53
Oxunub: 3 627 İLHAM ƏLİYEVİN DOSTUNU HƏDƏLƏYƏN MƏMURMirəzəcan Xəlilov xarici təşkilatlara Azərbaycanı nüfuzdan salmaq üçün fakt verir

Bir neçə gün əvvəl məlumat yaymışdıq ki, "Azərsutəchizattikinti" ASC-nin rəhbəri Mirzəcan Xəlilov evində işlətdiyi ustanın pulunu vermir. Onun evində işləyən Zaur Mikayılov adlı usta redaksiyamıza müraciətində yazırdı ki, Mirzəcan Xəlilovun Hovxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə calüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib. Şikayətçinin sözlərinə görə, prosesin gedişində işlərin həcmi artıb. Zaur Mikayılov əlavə işlər üçün əlavə pul istəyəcəyini Mirzəcan Xəlilovun adamlarının diqqətinə çatdırıb. Lakin iş başa çatandan sonra Mirzəcan Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.
Zaur Mikayılov redaksiyamıza ünvanladığı müraciətdə qarşı tərəfin mobil nömrəsini qeyd etmişdi. Biz KİV haqqında qanunan əməl edərək qarşı tərəfin mövqeyini öyrənmək üçün həmin nömrəyə zəng vurduq. Bundan sonra gizli nömrədən əməkdaşımıza zəng vuraraq onu Mirzəcan Xəlilovun adından hədələyiblər. "Bu məsələni qapadın, yoxsa başınıza oyun açarıq" deyə müraciətin saytdan götürülməsini tələb ediblər.
Paralment seçkiləri ərəfəsində, jurnalistlərin dostu elan edilən İlham Əliyevin prezident olduğu ölkədə bir məmurun jurnalisti hədələməsinin onun üçün hansı mənfi nəticələrə səbəb olacağını biz bilirik. Amma deyəsən, Mirzəcan Xəlilov bilmir. Yaxud da bilir, sadəcə ölkə qanunlarını, bu qanunların qarantı olan prezident İlham Əliyevi saymır. Görünür, korrupsiya yolu iləəldə etdiyi pullar onu gözünü elə örtüb ki, çəkinmədən jurnalisti hədələməyi adi iş sayır. Özü də bu şəxs hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir. Məhz bu cür şəxslərdir ki, beynəlxalq strukturlara Azərbaycanı nüfuzdan salmaq üçün faktlar verir. İndi YAP özü bu şəxs barədə qərar verməlidir. Biz isə məsələ ilə bağlı prezidentə və müvafiq qurumlara müraciət edərək bu məsələnin araşdırılmasını tələb edəcəyik.