Universitet rəhbəri professorun maaşını vermir - Qalmaqal
9-10-2015, 16:32
Oxunub: 3 918
Professor Xaləddin İbrahimli Azərbaycan universitetinin ona bir illik maaşını ödəməmələrindən şikayətçidir.
Bu barədə “Qafqazinfo”ya məlumat verən X. İbrahimli bildirib ki, univerisitet bir ildir ona maaşını ödəmir: “2014-2015-tədris ilində iki dissertantın elmi rəhbəri olmuşam. Buna görə mənə bir manat da verməyiblər. Hər dəfə “gələn ay verəcəyik” deyərək aldadırlar. Təxminən 1 il üçün mənə 2000 manat pul ödəməlidirlər. Hər ay hansısa sənədin yenidən hazırlanacağını bəhanə edirlər. Gah deyirlər ki, müqavilə olmayıb-müqavilə bağlanandan sonra deyirlər ki, düzgün hesablanmayıb, yenidən hesablanmasına ehtiyac var”.
Professor problemin universitetin keçmiş rektoru Eldar Qəhrəmanovun dövründə baş verdiyini qeyd edib: “Yeni rektor Fərid Əhmədov da bu gün-sabah deyərək problemin həllini yubadır”.
Bolgexeber.com məsələ ilə bağlı universitetin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, Xaləddin İbrahimlinin iddia etdiyi kimi ona ödənilməli olan məbləğ 2000 manat deyil: “Bu rəqəm 500 manat təşkil edir. Biz onunla danışmışdıq və demişdik ki, bir neçə günə məbləğ onun hesabına köçürələcək. Artıq qeyd olunan məbləğ onun hesabına köçürülüb”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər