Dərs vəsaitində daha bir biabırçı səhv(FOTO)
10-10-2015, 11:05
Oxunub: 4 272
İbtidai sinif üçün nəzərdə tutulan kitabda qəribə səhv aşkarlanıb
BAKU.WS-in oxucularından birinin göndərdiyi şəkildə yol hərəkət qaydaları əks olunur. Ancaq maraqlısı odur ki, kitabda yol hərəkəti haqda məlumat düzgün verilməyib. Belə ki, şagirdlərə məsləhət olunur ki, iki hərəkət istiqaməti olan yolu keçərkən ilk öncə sağa baxmalıyıq.
Daha sonra kitabda qeyd edilir ki, yolun yarısına çatdıqdan sonra orta xəttin üzərində dayanmalıyıq. Sonra isə sağa baxıb avtomobilin yaxınlaşmadığına əmin olmalıyıq. Yalnız bundan sonra yolu keçməliyik.
Aydındır ki, bu kitabı yazan müəllif səhvə yol verib. O, bu səhvi ya mexaniki edib, ya da onun yaşadığı ərazidə iki hərəkət istiqaməti olan yolda yalnız sağdan maşın gəlir.
Bu cür səhvlər ibtidai siniflərdə təhsil alan uşaqlar üçün həyati təhlükə yarada bilər. Düzgün maariflənməyən balacalar yolu keçərkən bu kitabdakı kimi etsələr çətin ki, sağ-salamat o yolu keçə bilsinlər. Gələcəyimiz olan uşaqları maarifləndirərkən daha diqqətli olmalıyıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər