BolgeXeber.Com » Xəbərlər » Günahsız imişliləri tutduran “Un Kralı“nın Hörrə siyasət-FOTO

Günahsız imişliləri tutduran “Un Kralı“nın Hörrə siyasət-FOTO

12-10-2015, 10:21
Oxunub: 4 739 Günahsız imişliləri tutduran “Un Kralı“nın Hörrə siyasət-FOTOSeçicilər Əsabil Qasımova "yox" deyirlər

79 saylı İmişli seçki dairəsindən təkrar namizəd olan Milli Məclisin “gözə görünməyən” deputatı, "Un kralı" Əsabil Qasımov çətin vəziyyətə düşüb.

Belə ki, əsas rəqiblərinin sıradan çıxdığını düşündüyü bir məqamda İltizam Əkbərlinin namizəd kimi qeydiyyata alınması "Un Kralı"nı qorxuya salıb.

Əsabil Qasımov İltizam Əkbərlinin qeydiyyata alınması xəbərini xarici ölkədə olan zaman alıb və bundan bərk rahatsız olub. Elə bu səbəbdən də xalası oğlu Naib Xəlilova tapşırıb ki, İmişli əhalisini ələ almaq məqsədi ilə səsvermə hüququ olan insanların evlərinə gedilsin və hərəyə 50 manat pul və ərzaq köməkliyi göstərilsin. Məlumatda qeyd edilir ki, xalası oğlu Naib Xəlilov da Əsabil Qasımovun tapşırıqlarına müvafiq olaraq “fəaliyyətini” davam etdirir. İddiada qeyd olunur ki, 50 manat pul, ərzaq yardımı etdikləri vətəndaşlara "Seçkidə Əsabil Qasımova səs verməsəniz verdiklərimizi halal etməyəcəyik"-deyirlər. Məlumatda vurğulanır ki, müxalifətdən olan namizəd İltizam Əkbərlinin adamları Əsabil Qasımovun xalası oğlunun belə bir addımının şəkillərini çəkməklə yanaşı onun “qarğışını” lentə almağı bacarıblar./vətəninfo

Ümumiyyətlə, Əsabil Qasımov haqqında mətbuatda ara-sıra faktlarla dolu ciddi nöqsanlar dərc edilməkdədir.

Deputatın biznesində şok maxinasiya: “Əsabil dedi ki, qardaşını həbsdə çürüdəcəm...”

“İmişli rayonundan deputat Əsabil Qasımov öz deputat statusundan və hakim partiyanın nüfuzundan istifadə edərək qanunsuz işlərlə məşğul olur, günahsız insanları tutdurur”.

Bu sözləri hazırda həbsdə olan Rövşən Hacızadənin bacısı Güllü Hacıyeva ünvanladığı şikayətində deyib.

G.Hacıyevanın sözlərinə görə, Əsabil Qasımovun qanunsuz əməllərinin növbəti qurbanı onların ailəsi olub: “Bu deputatın qanunsuz fəaliyyəti barədə mətbuatda dəfələrlə materiallar dərc edilsə də onun bu hərəkətlərinə göz yumulduğu üçün daha da qəddarlaşıb. Növbəti qurban isə bizim ailə olub. Hansı ki, hər zaman Azərbaycanın bütövlüyü uğrunda çalışmışıq. Qardaşım Rövşən Qarabağ döyüşlərində vətənin müdafiəsi zamanı yaralanıb, əlilə çevrilib”.
Günahsız imişliləri tutduran “Un Kralı“nın Hörrə siyasət-FOTO


Onun dediklərindən belə məlum olub ki, qardaşı Rövşən Hacızadə barəsində Əsabil Qasımovun göstərişi ilə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi Rəşad Mansurov tərəfindən həbs olunaraq barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: “Qardaşım Rövşən Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən, hüquqi savadsızlığından istifadə edilərək aldadılıb. Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza atdırmaqla və “Karat”MTK-nın möhürü ilə təsdiq edərək cinayət törədiblər. Lakin həqiqi cinayətkarlar çöldə sərbəst şəkildə gəzirlər. Günahsız bir insanı isə istintaqa cəlb edərək həbsə atıblar”.

G.Hacıyevanın sözlərinə görə, Ə.Qasımov və onun yaxın ətrafı tərəfindən törədilən cinayətlər əvvəldən qurulmuş plan əsasında həyata keçirilib. Öz məqsədləri üçün də onun qardaşından istifadə ediblər: “Qardaşımın maddi vəziyyətinin pis olması səbəbindən o, xəstə olmasına baxmayaraq ailəsinin yaşayışını təmin etmək üçün 2003-cü ildən etibarən Əsabil Qasımova məxsus “Karat” MMC-də günəmuzd qaravul işləyib. Bir müddət sonra həmin MMC-nin rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə komendant vəzifəsində çalışmağa başlayıb.

Göründüyü kimi, şirkətdə heç bir mühüm vəzifə daşımayıb. Yalnız təsərrüfat işləri ilə məşğul olsa da, saxta sənədlərdə adı yalandan “icraçı direktor”, “tikintinin nümayəndəsi” kimi göstərilib. Rəsmi sənədlərin bir çoxunda qardaşımın adı “icraçı direktor”kimi qeyd edərək bir çox qanunsuz sənədləri ona imza etdirməklə MTK-nın möhürü ilə təsdiq ediblər. Halbuki MTK-nın möhürü “Karat” MTK-nın sədri Umud Umudovda olub, sənədlər və möhür məhz onun tərəfindən vurulub. Əgər bir çox sənədlərə imza onun tərəfindən atılıbsa belə MTK-nın sədri bu halı aşkar edərək möhürlə təsdiq etməməli və qardaşımı məsuliyyətə cəlb etdirməkdən ötrü aidiyyəti orqanlara şikayət etməliydi. Amma o, bütün bunları etməyib. Çünki bunlar əvvəlcədən planlaşdırılı ki, məsuliyyət qardaşımın üzərində qalsın”.

Günahsız imişliləri tutduran “Un Kralı“nın Hörrə siyasət-FOTO
G.Hacıyeva deputatın sahib olduğu saysız-hesabsız şirkətlərin adını sadaladı. Onun bildirdiyinə görə, “Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. “Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb.

Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh və yaxın qohumları Umud, İntiqam və Qərib həyata keçirsə də faktiki rəhbərlik və nəzarəti yenə də deputat özü həyata keçirib.

Şikayətçinin bildirdiyinə görə, "Karat Holdinq”in tərkibinə aşağıdakı bir çox şirkətlər daxildir: “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s.

“Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır. Lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bir deputatın bu qədər əmlaka qanuni və halal yolla sahib olması mümkün deyil və ona görə də həmin əmlaka necə və hansı yolla sahib olduğu müvafiq orqanlar tərəfindən araşdırılarsa törətdiyi bütün cinayətlərin və qanunsuzluqların ortaya çıxarılacağı aşkardır” - deyə G.Hacıyeva bildirir.

Güllü Hacıyevanın dediklərindən belə məlum olub ki, qardaşı R.Hacızadə ona qarşı oynanılan bu oyundan xəbər tutduqdan sonra dərhal deputat Ə.Qasımovun yanına gedərək baş verənləri hüquq-mühafizə orqanlarına və ictimaiyyətə bildirəcəyini deyib: “Bunu deyib çıxan kimi Əsabil Qasımovun oğlu Taleh qardaşıma zor göstərərək ona hədə-qorxu gəlib. Qardaşımın hüquq-mühafizə orqanlarına şikayət etməkdə israrlı olduğunu görəndə isə özləri onu qabaqlayıblar. Öz cinayət əməllərini ört-basdır etmək üçün onlara bu işdə birbaşa köməklik etmiş Məhərrəm və Emin adlı saxta şahidləri də öyrədərək qardaşımın əleyhinə ifadə verdiriblər. Şikayətdən sonra qardaşım dərhal həbs olunub. Onun həbs olunması nəticəsində Əsabil Qasımov və yaxın ətrafının cinayət əməlləri gizlədildi.

Bütün bunlardan sonra mən özüm onun qəbulunda oldum. Əsabil Qasımov heç nədən çəkinməyərək sifarişi onun verdiyini, qardaşım kimi yüzlərlə qurbanının olduğunu və həmin qurbanların şikayətlərinin indiyə kimi heç bir nəticə vermədiyini, ona görə də müraciətimizin əbəs olduğunu dedi. O, açıq-aydın şəkildə “qardaşını içəridə çürüdəcəyəm, sizi də bu mənzərəyə tamaşa etdirəcəyəm” deyərək məni hədələdi”.


Günahsız imişliləri tutduran “Un Kralı“nın Hörrə siyasət-FOTO
G.Hacıyeva sonda ölkə başçısına müraciət edərək ondan kömək istəyib. Onun dediyinə görə, deputatın qanunsuz hərəkətləri bununla bitmir. Yuxarıda qeyd olunan binalarda alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş mənzilin sahəsi ilə faktiki sahə üst-üstə düşmür, müştərilərin hər biri hər mənzildə 10-15 kv.m aldadılır. Müştərilərə satılan qarajlar da sonradan qanunsuz olaraq onların əllərindən alınır, yenidən daha yüksək qiymətlər təklif olunur. Bununla bağlı müştərilərin bəziləri məhkəmələrə müraciət etsə də Ə.Qasımov yenə də öz gücündən istifadə edərək məhkəmlərə təsir göstərməyi bacarıb.

Daha sonra prezident İlham Əliyevə müraciət edən G.Hacıyeva bildirir: “Mənim göstərdiyim bu faktlar obyektiv, ədalətli və qanuni şəkildə araşdırılarsa qardaşımın günahsız olduğu, əsl cinayətkarın Əsabil və onun yaxın ətrafının olduğu sübuta yetirilər.

Cənab prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik. Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi kursunu dəstəkləmişik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.

Qeyd edək ki, deputat Ə.Qasımovun əməllərindən şikayətçi olan G.Hacıyeva və onun maraqlarını müdafiə edən vəkil Ceyhun Yusifov bu gün mətbuat konfransı keçirərək bu faktları ictimaiyyətə təqdim etməyə hazırlaşırlar. (7news.az)