Tərtərdə qanvermə aksiyası keçirilmişdir-FOTO
14-10-2015, 19:40
Oxunub: 3 843
Oktyabrın 14-də Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir
Bolgexeber.com xəbər verir ki, aksiyada Tərtər rayonunda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən adi vətəndaşlar da həvəslə iştirak etmişlər.
Qanvermə aksiyasının məqsədi hemotologiya və talessemiya irsi qan xəstəlikləri olan şəxslərə kömək etməkdir.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir.
Aksiyada 211 nəfər qan vermişdir.
Aksiyada iştirak edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər