“Neptun” mağazalarında növbəti fırıldaq - Foto/Fakt
15-10-2015, 12:17
Oxunub: 5 603
“Neptun” mağazalar şəbəkəsi istehlakçıların hüquqlarını kütləvi şəkildə pozmaqda davam edir
TİA.AZ-ın əldə etdiyi məlumatda buna dair fakt öz əksini tapıb. Vətəndaşların narazılıq etdiyi bu mağazalarda alıcılar aldadılır, qiymətlər şişirdilir, kassalarda təqdim olunan qəbzlə vitrinlərdə göstərilən məbləğ üst-üstə düşmür.
“Facebook” sosial şəbəkəsində Adilə Cəfərova adlı istifadəçi “Neptun” mağazalar şəbəkəsində üzləşdiyi fırıldaqçılıqdan yazıb. Vətəndaşın sözlərinə görə, supermarketdə şişirdilmiş qiymətlər var və alıcıların hüquqları tapdanır. “Sentyabrda aldığımız “Huggies” 20 manata satılırdı. Oktyabrda 24 manat 75 qəpiyə satışdadır. Hətta bizə bildirildi ki, 4-5 qutu qabaqcadan alın. Çünki hər ay 5 manat bahalaşması gözlənilir”.
Müştərinin qeydlərinə görə, 5 gün sonra həmin malı aptekdə 19 manata satıldığının şahidi olublar: “Şikayətimizi onlara çatdırdım. Ancaq etiraf etmədilər. Dedilər ki, bütün filiallarda pampers məhsulları 20 manatdan yuxarı satılmır. Ondan sonra qəbzin şəkillərini təqdim etdim. İndi nə cavab veriləcəyini gözləyirəm”.
Ümumiyyətlə, son günlər bəzi mətbuat orqanlarında “Neptun” supermarketlər şəbəkəsinin müştəriləri aldatdığı, onlara kampaniya, endirim adı ilə kələk gəldiyi barədə informasiyalar yayılır. İddialara görə, marketlər şəbəkəsi alıcıları stimullaşdırmaq, onları “tora salmaq” üçün müxtəlif aldadıcı kampaniyalardan istifadə edir.
Şirkət müxtəlif endirimlər etdiyini desə də, əslində bu baş vermir. Alıcılar şişirdilmiş qiymətə aldığı məhsullara görə, nəinki büdcəsinə qənaət edir, əksinə, daha artıq xərcə düşürlər. Şirkət əsas gəlirini rəflərin satışından götürür ki, bu zaman acınacaqlı durumda qalan sadə müştərilər olur.
Meyvə-tərəvəz, çərəz, geyim, şirniyyat, dəftərxana ləvazimatları, ət məhsulları və digər bölmələr fərdi sahibkarlara icarəyə verilir ki, bunun qarşılığında onlardan satışın 15-30 faizi arası haqq alınır. Nəticədə məhsullar baha qiymətə satışa çıxarılır.
Çox az qismdə ərzaq məhsullarını nisbətən ucuz qiymətə satan şəbəkə rəflərdə elan olunan fantastik qiymətlərlə müştəriləri aldadır.
Xatırladaq ki, paytaxtda fəaliyyət göstərən bütün “Neptun”larda “AzUn” markası adı altında istehsal olunan və əslində “Bəhrə” şirkətinin törəmə müəssisəsi olaraq fəaliyyət göstərən şirniyyatlar satışa çıxarılır. O “Bəhrə” ki, bir neçə il öncə İqtisadiyyat və Sənaye Nazirliyi həmin şirkətin istehsal etdiyi şirniyyatların saxta olduğunu bəyan edərək, müştəriləri həmin şirniyyatlardan istifadə etməməyə çağırmışdı.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər