Tərtərdə "20 oktyabr -Ümumdünya Statistika Günü"qeyd olundu
16-10-2015, 14:41
Oxunub: 1 369
15 oktyabr 2015-ci ildə Tərtər Rayon Statistika İdarəsinin təşəbbüsü ilə rayonda 20 oktyabr Ümumdünya Statistika Gününə həsr edilmiş tədbir keçirilmişdir
Bolgexeber.com-un məlumatına görə tədbirdə idarə, müəssisə və təşkilatların nümayəndələri, rəsmi statistika məlumatlarının istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək bildirmişdir ki, Birləşmiş Millətlər Assambleyası 2015-ci il 20 oktyabr gününü “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında ikinci Ümumdünya Statistika Günü elan etməyi qərara almışdır. Qəbul olunmuş qətnamədə deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-də beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010-cu ildə keçirilib. Bu gün bütün dünya ölkələrində, BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə azərbaycanda statistikanın təşkilindən 169 il keçir və rəsmi statistikanın 95 yaşı tamam olur.
Ə.Məmmədov Azərbaycan statistikasının tarixi, bugünü və gələcək inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasına və 2015-ci ilin 9 ayında idarənin fəaliyyətinə dair tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonra “Yeni Tərtər” qəzetinin qəzetinin redaktor müavini Svetlana Bağırova, İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov çıxış edərək statistikanın əhəmiyyəti və statistikanın cəmiyyətdə rolu haqqında çıxış etmişlər.
Sonda Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edərək, statistikanın bu gün əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün vacib qərarların qəbul edilməsinin zəruriliyindən danışmış və 20 oktyabr Ümumdünya Statistika Günü münasibəti ilə statistika işçilərini təbrik etmişdir.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət
- 7-06-2022, 10:30 : Azərbaycanda daha bir rayonda erkən nikaha cəhd - Polis hərəkətə keçdi
Bölgə