BolgeXeber.Com » Xəbərlər » İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)

İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)

19-10-2015, 12:43
Oxunub: 3 028 İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar Füzulidə diqqət mərkəzində saxlanılır

Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri üçün şərait yaradılır.
Ölkəmizin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən çox asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Füzuli rayonunda sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur, əksinə onların Füzuliyə gəlmələri, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.
Füzuli aqrar rayondur. Rayonda sahibkarlar və iş adamları əsasən taxılçılıq, heyvandarlıq, üzümçülük, şəkər çuğunduru, pambıqlıçılıq və ticarətlə məşğul olurlar. 2015-ci il respublikamızda kənd təsərrüfatı ili elan olunmuşdur. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, bu il rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları yüksək nəticələr əldə etmişlər. Rayonda strateji məhsul olan taxılçılığın inkişafına ayrılan xüsusi diqqətin nəticəsidir ki, artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır və taxıl istehsalçılarımız bu il 111,2 min tondan çox taxıl istehsal ediblər. Bütün bunlar isə rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yaradılan şəraitin, dövlət tərəfindən onlara ayrılan subsidiyaların ədalətli, şəffaf verilməsi nəticəsində mümkün olmuşdur.
Respublikanın bütün regionlarında gedən abadlıq, quruculuq işləri və sürətli inkişaf prosesi Füzuli rayonunda da özünü göstərməkdədir. Rayonun işğaldan azad olunmuş ərazisində aparılan tikinti-quruculuq, abadlıq işlərində sahibkarlar da fəal iştirak edir, öz biznes faəliyyətlərini genişləndirir, yeni iş yerlərinin yaradılmasına nail olurlar.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq yerlərdə sahibkarlıq fəaliyyəti və ticarətlə məşğul olan şəxslərlə görüşür, onların problemlərini, dinləyir, məsləhət və tövsiyyələrini verir. Həftə sonu Alı Alıyev Qayıdış və Zobucuq qəsəbələrində, Əhmədbəyli kəndlərində olmuş, ərzaq məhsullarının, dərman peraparatlarının qiymətləri ilə maraqlanıb , alıcı və satıcılarla söhbət edib.
Ölkə başçısının tapşırığından sonra dərman pereparatlarının vahid qiymət cədvəlinin tərtib edilməsi, dərman peraparatlarının qiymətinin 2-3 dəfə aşağı düşməsi rayon sakinləri tərəfindən məmnuniyyətlə qarşılanmışdır.
Füzuli rayon İcra Hakimiyyəti bir daha sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları Füzulimizin yenidən qurulmasında fəal iştirak etməyə çağırır.
Bolgexeber.com
İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)
İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)
İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)
İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)
İcra başçısı sahibkarlarla görüşdü - Füzulidə(FOTOLAR)