BolgeXeber.Com » Xəbərlər » Əliağa Hüseynovun mandat məsələsi havadan asılı qalıb - Deputatın Ziya Məmmədovla quda olması...
Əliağa Hüseynovun mandat məsələsi havadan asılı qalıb - Deputatın Ziya Məmmədovla quda olması...
19-10-2015, 18:08
Oxunub: 4 062
59 saylı Salyan Seçki Dairəsindən növbəti dəfə namizədliyini irəli sürmüş Əliağa Hüseynovun vəziyyəti ağırdır
JAM.AZ xəbər verir ki, generalın və sabiq icra başçısının səhhətində problem olmasa da, mandat almaq məsələsində ciddi problem yaranıb.
Belə ki, Əliağa Hüseynovun nəqliyyat naziri Ziya Məmmədovla quda olması onun işlərini çətinə salıb. Ötən seçkilərdə “siz mənə səs verməsəniz də, deputat olacam” deyən millət vəkili bu dəfə başqa taktika seçib. O, artıq qapı-qapı düşərək əhalidən səs istəməyə başlayıb.
Verilən məlumata görə, hakimiyyət dairələri Əliağa Hüseynovun yenidən deputat seçilib-seçilməyəcəyi ilə bağlı məsələyə oktyabrın 25-də baxacaq. İddia olunur ki, bu da nəqliyyat naziri Ziya Məmmədovun taleyinə bağlıdır. Belə ki, əgər nazir hakimiyyətin onun qarşısında qoyduğu tələbi həmin müddətə qədər yerinə yetirə bilsə, o zaman Hüseynova yaşıl işıq yandırıla bilər. Əks təqdirdə, iqtidarın Salyandan seçəcəyi namizəd dəyişəcək.
Rayondan gələn məlumatlara görə, hakimiyyətin Əliağa Hüseynovun yerinə kimi gətirmək istədiyi artıq məlumdur. Daha doğrusu, alternativ variant artıq hazırdır. Verilən məlumatda deyilir ki, hazırda seçkilərdə iştirak edən, tanınmış travmatoloq, Salyan Mərkəzi Xəstəxanasının şöbə müdiri işləyən İlqar Ağabəyov YAP-ın namizədi olaraq seçki kampaniyası aparır. Rayonda böyük nüfuz sahibi olan bu şəxsin, həmçinin yuxarılar tərəfindən də müsbət qarşılanması onun deputat seçilmək imkanlarını artırıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər